Azərbaycana qarşı vuruşan yezidi kürdlər: İrəvan sadiq nökərlərinə niyə qılınc çəkir?


Azərbaycana qarşı vuruşan yezidi kürdlər: İrəvan sadiq nökərlərinə niyə qılınc çəkir?

Yezidilər dünyanın ən azsaylı milli azlıqlarından sayılır, onların əksəriyyəti Qafqaz, Qara dəniz sahilləri, Mərkəzi Asiya və Ərəbistan yarımadası ərazilərində yaşayır.
Hazırda rəsmi məlumatlara görə, Ermənistanda bu ölkənin vətəndaşı olan 40 620 nəfər yezidi yaşayır. Qeyri-rəsmi məlumatlara görə, onların sayı 50 000-dən çoxdur. Əvvəllər yezidilər və kürdlər eyni etnik qrup kimi göstərilirdi, əslində isə kürd və yezidilər tam fərqli dinə və etnik mənsubiyyətə malik iki müxtəlif milli azlıqlardır.
Yezidi icması Ermənistanda böyük əhəmiyyət kəsb edir. İraq və Suriyadakı münaqişələrin uzanması nəticəsində bir çox yezidi ailələr ciddi demoqrafik və miqrasiya problemləri ilə qarşılaşan Ermənistan hakimiyyətinin vədlərinə aldanaraq Ermənistana köçdülər.
Dağlıq Qarabağda əhali sıxlığının artırılması məqsədilə ölkəyə pənah gətirən yezidilərin əksəriyyəti İrəvanın işğal etdiyi ərazilərə göndərildi. Yezidilər 99 %-i erməni olan monoetnik Ermənistanın ikinci böyük icmasıdır. Lakin bir çox yezidilər həm Ermənistanda özlərinə qarşı göstərilən münasibətdən, həm işsizlikdən, həm də ölkənin yoxsul olması səbəbi ilə buradan da 3-cü ölkəyə getməyə üstünlük verirlər.
Yezidilər Paşinyan hakimiyyətinin etnik azlıqlara qarşı formalaşdırdığı siyasətə etiraz edərək bəyanat yaydılar. Bəyanatda Ermənistanın Araqatsotn vilayətində PKK ofisinin yerləşməsi və fəaliyyətləri barədə məqamlar da qeyd olunub.
Yezidi kürdlərinin Milli Birlik Təşkilatı “Sincar” bəyanatla çıxış edib. Bəyanatda yezidlərin Ermənistanda faşistlərin yəhudilərə və qaraçılara münasibətindən daha pis münasibətlə qarşılaşdığı deyilir:
“2018-ci ildə hakimiyyətə gəlmiş Paşinyan və ətrafı artıq üçüncü ildir ki, qeyri-erməniləri diskriminasiya etməklə məşuğuldur. Təəssüflə bildiririk ki, bu faşist münasibətdən ən çox ziyan çəkənlər yezidi küdləridir. Sayları onsuz da az olan yezidilər son bir neçə ildə ölkəni tərk edərək başqa dövlətlərə üz tuturlar. Belə davam etsə, bir neçə ildən sonra Ermənistanda ümumiyyətlə, yezidi kürdü qalmayacaq.
Araqatsotn vilayətinin Rya Taza kəndində kürd işçiləri olan, Kürdüstan Fəhlə Partiyasının (PKK terror təşkilatı nəzərdə tutulur – red.) ofisi var. Onlar Türkiyə sakinləridir. Daim yezidi kəndlərində gəzir və yezidilər kürddür deyə təbliğat aparırlar. Bu barədə yezidi milli birliyi Ermənistan hökumətinə yüzlərlə məktub ünvanlayıb. Susqun dururlar, problem isə həll edilmir.
Qeyd etmək lazımdır ki, Kürdüstan Fəhlə Partiyası beynəlxalq səviyyədə terrorçu partiya olaraq tanınır.
Maraqlıdır, həm köhnə, həm də mövcud hakimiyyət Yezidi icmasına qarşı ayrı-seçkilikləri görməməzliyə vurur. Məsələn, bizim icmamızı seçkilərdə nəzərə almırlar. Ermənistanda kürdlərdən parlamentə deputat seçiblər. Yezidiləri isə hesaba almırlar.
Tələb edirik ki, Ermənistanın Baş naziri Nikol Paşinyan şəxsən siyahıları tələb etsin və reallığı müəyyən etsin. Yezidi icmasının namizədlərinin adları hamıdan birinci təqdim edildiyi halda, indi gec olduğunu deyirlər. Yazıldığı deyilən 4 namizədin adlarının etibarsız elan olunmasını tələb edirik. Əks halda yezidilərə qarşı bir təyinat olacağı təqdirdə yuxarılar tərəfindən təyin edilən namizədi tanımayacağıq.
Son illərdə Ermənistandakı kəndlərin köhnə adları da dəyişdirilib, o cümlədən Kotayk vilayətinin Amo kəndi Zovuni adlandırılıb. Bir daha təkrarlayırıq, heç kimin kənardan bizim adımızdan qərar verməsinə ixtiyarı yoxdur”.
Məsələ ilə bağ İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri, professor Qafar Çaxmaqlı Cebhe.info-ya bildirib ki, hazırda Ermənistanda yezidi kürdlərinə qarşı basqılar var:

“Azərbaycanda isə bunula bağlı məlumatlar demək olar azdır. Yezidi kürdlər müharibə zamanı Qarabağa gəlib Azərbaycana qarşı vuruşdular. Yezidi kürdlərin özləri belə, “Biz həmişə Ermənistanın yanındayıq” deyə, açıq şəkildə bəyan edirdilər.
Ermənistanda yezidilərin sayı ilə bağlı fərqli rəqəmlər səsləndirilir. Bəzi mənbələrdə bu rəqəm 30-40 min nəfər göstərilir. Bütövlükdə isə 50 minə yaxın yezidi kürdünün Ermənistanda yaşadığı bilinir. Onların bir hissəsi assimilyasiya uğrayıb və erməniləşib. Onların soyadlarının sonluğu belə “yan”-la bitir.
Ermənistan yezidi kürdlərdən müəyyən vaxtlarda öz siyasi maraqları üçün istifadə edib. Onların icmasının rəhbəri də Türkiyə və Azərbaycan əlehinə çıxışlar edir və PKK-nı da dəstəkləyir”.
Qafar Çaxmaqlının sözlərinə görə, ermənilər yezidiləri öz siyasi məqsədləri üçün istifadə edirlər:
“Ermənistanda açıq şəkildə yezidilərdən siyasi məqsədləri üçün istifadə edir. Ara-sıra onlardan 1-2 nəfəri də parlamentə salırlar. Erməni cəmiyyəti isə onlara qarşı basqı göstərirlər. Səbəb isə yezidi kürdlərin günəşə inanmasıdır. Onlar zərdüştlükdən qalan bir dinə sitayiş edirlər. Ermənistanda təkcə yezidilərə qarşı deyil, o cümlədən azlıqda qalan xalqlara qarşı da basqı var. Ermənistan artıq monoetnik bir dövlətə çevrilib. Monoetnik dövlətin içində bu xalq ya əriməlidir, ya da ölkəni tərk etməlidir.
Ermənistanda yaşayan yezidilərin çoxu ölkəni tərk edir. Onlar bir hissəsi Gürcüstana, bir hissəsi də Rusiyaya köçüblər. Ermənilər yezidiləri nökər kimi istifadə edirlər. Tez-tez ermənilər yezidi kəndlərinə basqın edib onları talayırlar”.
İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri qeyd edib ki, yezidi kürdləri artıq seçim etməlidirlər:
“Ermənistanda başqa xalq nümayəndəsi kimi yaşamaq mümkün deyil. Onların cəmiyyəti şovinistləşmişdir. Ermənidən başqa digər bir xalqın orada yaşaması, ayaqda durması mümkün deyil. Buna görə yezidilər də öz seçimlərini etməlidir. Onların siyasi olaraq heç bir haqqları yoxdur. Arada bir nəfərin parlamentə girməsi o demək deyil ki, yezidilərin Ermənistanda haqqları qorunur. Yezidi ilə ermənin məhkəməsi olanda hakim hər zaman ermənini haqlı görür və onun xeyrinə qərar qəbul edir”.
Tarix: 6-07-2021, 14:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}