“O qədər Allahsızlar, vicdansızlar istehsal etmişik ki, indi onların qabağını almaq çox çətin olub...”

“O qədər Allahsızlar, vicdansızlar istehsal etmişik ki, indi onların qabağını almaq çox çətin olub...”
“Hər şey insanın özündən asılıdır. Əgər səni bir yerə işləmək üçün təyin edirlərsə və səndən qabaq orda işləyən şəxs bu saat dustaqxanada yatırsa, bu o demək deyil ki, təzə gedən mütləq bundan nəticə çıxaracaq. Yaxud da əksinə, heç ola bilər ki, bir nəfəri hansısa rayona icra baçısı təyin edərlər və ondan əvvəl işləyən isə həbs edilməz. Yəni məsələ bundan asılı deyil”
 
Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. Yazıçı dövlət tərəfindən rayonlara ayrılan pul və yardımlara göz dikən məmurları sərt tənqid edib: 
 
“Bu vicdan məsələsidir və vicdandan da yuxarıda bir yer var, bu isə nəfsdir. Bizimkilərin başına nə gəlirsə, tarix boyu ancaq nəfsinin ucbatından gəlib. Prezident gedib elə hər təyin etdiyi icra başçısının yanında dura bilməz ki. Sən Heydər Əliyev Fondunun göndərdiyi humanitar yardıma göz dikib əl uzadırsansa, bu da adamın vicdanına, Allahına qalır. Yəni bu mühitdə Allahsızlar və vicdansızlar həddən artıq çoxdur. Çünki vaxtilə o qədər Allahsızlar və vicdansızlar istehsal etmişik ki, indi onların qabağını almaq çox çətin olub. Amma yenə hər halda çalışırlar ki, belə şeylərin qarşısı alınsın, Prezidentə kömək etsinlər. Yəni bizim ancaq işimiz, peşəmiz daxildəki vicdansızlarla, anti-Azərbaycan, anti-insan ünsürləriylə bitib, tükənmir axı. 
 
Xaricdə də nə qədər bizi istəməyən, gözügötürməyənlər var. Niyə bizim qüvvələrimizi parçalayıblar axı. Biz bütün gücümüzü daxildəki alçaqlara qarşı yönəldək, yoxsa ki, xaricdə bizi istəməyən məlum dövlətlərə?! Burda biz birləşmək əvəzinə, öz nəfsimizlə Azərbaycan biriliyinə, o dəmir yumruğa elə bir çat gətirmək cəhdi edirik. Bunların isə heç birisini etmək olmaz. Təzə təyin olunan icra başçılarını təbrik edirəm. İcra başçısı özünü gərək rayondakı hər bir adamın yerinə qoya, özünü onların yerində hiss edə bilsin. Bunlar olmasa, onların da yolu türmədir, ürək çatışmazlığı, korona və viranədir”.

Tarix: 15-09-2021, 21:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}