İkinci Qarabağ müharibəsi nədən baş verdi?

Hüquq müdafiəçisi Anar Məmmədli
44 günlük müharibənin baş vermə səbəbləri ilə bağlı çox yazılıb – həm yerli, həm də əcnəbi ekspertlər müxtəlif arqumentlər gətiriblər. Bu arqumentlərin bəzisi Azərbaycanda, bəzisi Ermənistanda şiddətlə müdafiə olunur.
Məsələn, qarşı tərəfin əsas arqumentlərindən biri budur ki, İlham Əliyevin avtoritar rejimi olmasaydı, müharibə olmazdı. Guya münaqişənin tarixi 30 il əvvələrə deyil, siyasi karyerasına atəşkəs dövründə başlayan Əliyevin 18 illik hakimiyyət dönəminə təsadüf edir. Əliyev hakimiyyətini korrupsiyada, siyasi azadlıqları boğmaqda, rəqibərini təqib və şantaj etməkdə, etnik nifrəti daha da artırmaqda və digər əməllərdə ittiham etmək olar. Amma müharibə istəyini Əliyev hakimiyyətinə bağlamaq ya saxtakarlıq, ya da düşük media kampaniyasıdır.
Guya 2003-də Əliyev prezidentliyə gətirilməsəydi, İsa Qəmbər müharibəyə hazırlaşmayacaqdı? Yaxud 2013-cü ildə Cəmil Həsənli prezident olsaydı, müharibə ehtimalı aradan qalxacaqdı? Xeyr!
Bir neçə il öncə Levon Ter-Petrosyan müsahibəsində bildirdi ki, Azərbaycanda demokratik hakimiyyət qurulsa müharibə qaçılmaz olacaq, bu səbəbdən tezliklə sülh sazişi imzalanmalıdır. Psevdointelleketullarla psevdosülhpərvərlərin heç birini bu açıqlamanın mahiyyəti maraqlandırmır.
Bir il öncə müharibə başlayanda regionda beynəlxalq sülhyaratma prosesinin iflasa uğramasına dair münasibətimi soruşdular. Onlarla bölüşdüyüm fikrimi yenidən xatırladım.
Milyonlarla vəsait dövlət və qeyri-dövlət qurumları vasitəsilə yanlış istiqamətlərə və yanlış aktyorlara xərcləndi. Məsələn, ikinci müharibədən necə yayınmaq mövzusu barədə müzakirələr aparmaq heç kimin ağlına gəlmədi. Halbuki sülh sazişi anlayışı münaqişələrlə bağlı nəzəriyyələrdə müharibə ehtimalı minimuma enəndə aktuallaşmağa başlayır. Bəs bizim münaqişədə müharibə ehtimalı nə zaman minimuma enmişdi? Heç vaxt!
Yadımdadır, 2011-ci ildə Strasburqda Belarus xaric beş Şərq Tərəfdaşlığı ölkəsi təmsilçilərinin iştirakı ilə siyasi azadlıqlara dair müzakirəyə toplaşmışdıq. Ermənistandan müstəqil ekspertlərlə yanaşı müxalif siyasi partiya təmsilçiləri də gəlmişdi. Günlərin birində 3-4 erməni siyasətçisi ilə Qarabağla bağlı ayrıca müzakirəmiz oldu.
1990-cı illərdə Ermənistanda yüksək dövlət vəzifəsində siyasi xadim bildirdi ki, 1992-ci ildə Elçibəy hökuməti Qarabağda etnik təmizləmə başlamışdı, dayandırlmasaydı 5-6 aya orda erməni qalmayacaqdı. Razılaşmadım. Amma əks-arqumentim belə oldu:
Tutaq ki, 93-cü ilin yazınadək Qarabağdan bütün erməni silahlı dəstələr və mülki əhali tərksilah ediləcək və qovulacaqdı, bəs BMT buna reaksiya verməyəckdimi? ABŞ, Fransa, Rusiya bizi etnik təmizləmədə ittiham etməzdimi?
Cavabı belə oldu ki, şübhəsiz BMT reaksiya verəcək, qətnamələr və təzyiqlər olacaqdı. Amma müharibə olmadan, siz bu sənədlərə əməl etməyəcəkdiniz.
Əsaslandırmağa çalışdım ki, o zaman Türkiyə belə bizi ehtiyatla müdafiə edirdi, bizim BMT qətnamələri qarşısında duruş gətirəcək gücümüz yox idi və Rusiya da bunu bəhanə edib ölkəyə girəcəkdi.
Razılşadı. Və aramızda belə bir dialoq yaşandı:
Sual: Elə isə siz niyə indi BMT qətnamələrini icra eləmirsiz?
Cavab: Çünki heç bir erməni siyasətçisi DQR-in müstəqilliyi tanınmayınca, BMT qətnamələrini icra etməyə hazır deyil. Və ildən ilə də bu status-kvo möhkəmlənir. Bunun baş verməsi üçün nəsə əlahiddə bir hadisə baş verməldir?
Sual: Nə?
Cavab: Müharibə, sanksiya yaxud beynəlxalq təzyiq.
Sual: Amma nə sanksiya, nə beynəlxalq təzyiq üçün diplomatik və beynəlxalq dəstəyimiz yetmir. Belə çıxır ki, yeganə çıxış yolu müharibədir?
Cavab: Gücünüz buna çatarsa, buyurun. Amma müharibə başlasa, bu dəfə daha artıq ərazi itirərsiz.
Xatırladım ki, bu adam o zaman liberal-demokratik siyasi bloku təmsil edirdi və indi də siyasi fəaliyyətlə məşğuldur.
Tarix: 28-09-2021, 09:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}