Saxta COVID-19 pasportu satan şəxslər saxlanılıb
Saxta yollarla COVID-19 pasportu əldə etməyə çalışan, bu işdən gəlir mənbəyi kimi istifadə edən şəxslər saxlanılıblar.
Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Paytaxtın Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti belə tədbir nəticəsində müəyyən edilib ki, Lerik rayon sakini Eminəli Həşimov Bakı şəhərinin ərazisində yaşayan həmyerlilərini 40 manat müqabilində vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməklə həmin şəxslərə guya vaksinasiya olunmaları ilə bağlı saxta COVID-19 pasportları satıb.
Həyata keçirilən əməliyyat zamanı qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan Eminəli Həşimov, eləcə də özü və 2 nəfər ailə üzvü üçün 3 ədəd saxta COVID-19 pasportu alan Araz Əmrəliyev iş başında saxlanılıblar.
Aparılan araşdırmalar zamanı məlum olub ki, Eminəli Həşimov Lerik rayonundan Bakı şəhərinə gələrək burada yaşayan, lakin qeyd edilən rayonda qeydiyyatda olan 79 şəxsin adına tərtib olunan saxta COVID-19 pasportunu özü ilə birlikdə gətirib.
Bu şəxsdən həmin pasportlar aşkar olunaraq maddi sübut kimi götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Eminəli Həşimovun üzərində olan mobil telefondan saxta pasport hazırlamaq üçün Lerik rayonunda qeydiyyatında olan 300-ə yaxın vətəndaşın şəxsiyyət vəsiqələrin şəkili, eləcə də bu qanunsuz fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaiti aşkar olunub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalar aparılır.
"Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması ilə əlaqədar saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi və DİN-in sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilmələrini xahiş edir", - Mətbuat Xidmətindən bildirilib.
Tarix: 23-10-2021, 22:12
-
Dünən, 23:24
Qonşu ölkə panikada: Rəsmən Rusiya ilə savaş hazırlığı başladı
-
Dünən, 23:20
Keçmiş başçının hospitalından şikayət – Pasientlə “Rela Hospital” arasında nə baş verib?
-
Dünən, 23:02
Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTO
-
Dünən, 22:49
Uşaq bağçasında mənimsəmə – Cinayət işi açıldı
-
Dünən, 22:47
Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."
-
Dünən, 21:50
Büdcədə yüz milyonlarla artıq pul var: Hara xərclənəcək? - "Rəqəmlərə diqqət yetirəndə..."
-
Dünən, 18:39
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir – FOTOLAR
-
Dünən, 18:04
Bakıdan “Zəngəzur dəhlizi” ilə bağlı kritik qərar – Sensasion detallar
-
Dünən, 17:59
Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR
-
Dünən, 17:56
Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...
-
Dünən, 17:46
Aydın Talıbov deputat olmağa hazırlaşır – Rəqabət Məcəlləsi inhisarçı biznesdə təşviş yaradıb
-
Dünən, 11:29
İş adamları Zakir Fərəcovdan milyonlarını alacaqlarına inanırlar: Prezidentə ümid böyükdür — YENİLƏNİB
-
Dünən, 11:25
Piştaxtada bir qiymət, kassada başqa qiymət... - ŞİKAYƏT
-
Dünən, 11:21
Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?
-
Dünən, 11:18
Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?
-
Dünən, 11:13
Eks məmurun oğlu Səhiyyə Nazirliyinin milyonluq tenderlərinin qalibidir
-
Dünən, 11:11
"Azərsu"nun şöbə rəisindən dələduzluq: 165 ailədən pul alıb aradan çıxıb - DİN-ə müraciət olundu
-
Dünən, 11:09
Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA
-
Dünən, 08:04
Moldova üçün “Kreml layihəsi” işə düşdü - Qaçaq oliqarx çevriliş hazırlayır
-
Dünən, 07:39
Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb
-
Dünən, 07:36
"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ
-
Dünən, 07:35
Qəfil Moskva görüşü və Putin-Əliyev anlaşması - Hamı Azərbaycanın nə verəcəyini gözləyirdi, amma...
-
Dünən, 06:49
Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?
-
23-04-2024, 22:49
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
23-04-2024, 22:47
“DAXİLDƏ İKİ ƏSAS PROBLEMİMİZ VAR...” – “Konstitusiyada dəyişikliklərə gedilməlidir, artıq dövr bu islahatları tələb edir”
-
23-04-2024, 22:46
Xərəkdə qəbul edib ayaqda yola salan fizioterapiya şöbəsi- Bərdə səhiyyəsinə sağ ol deməkdən başqa...
-
23-04-2024, 22:46
Əmlak şirkəti “Veysəloğlu” barədə məhkəmə iddiası qaldırıb - TƏFƏRRÜAT
-
23-04-2024, 22:46
Deputat Kamaləddin Qafarovun MİLYONLUQ şirkəti CƏRİMƏLƏNDİ - SƏBƏB
-
23-04-2024, 22:46
"Veysəloğlu-yaycılı qardaşlar"a yenə cərimə yazıldı
-
23-04-2024, 22:42
İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT
{sape_links}{sape_article}