Əfqanıstanda zəlzələdə ölənlərin sayı 920-yə yüksəlib

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 920-yə yüksəlib
Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 920 nəfərə çatıb.
 

Bunu ölkənin təbii fəlakətlərin aradan qaldırılması üzrə müvəqqəti hökumətinin nazir müavini bildirib.
 
Məlumata görə, təbii fəlakət nəticəsində 620-yə yaxın insan yaralanıb. 
 
***
 
Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində 5,8 bal gücündə zəlzələ olub.
 
Yeraltı təkanlar nəticəsində azı 255 nəfər ölüb, 150 nəfər xəsarət alıb.
 
Lakin hadisə ilə bağlı məlumat qıtlığı var.
 
Eyni zamanda, “Baxtar” xəbər agentliyi xilasedicilərin bölgəyə helikopter vasitəsilə daşındığını açıqlayıb.
 
Qeyd edək ki, daha öncə ABŞ-ın "The Washington Post" qəzeti zəlzələdə 155 nəfərin öldüyünü yazıb.(Report.az)
Tarix: 22-06-2022, 14:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}