Keçmiş MTN polkovniki jurnalistləri təhqir etdi – Video


Keçmiş MTN polkovniki Vüsal Ələkbərov jurnalistlər Aytən Məmmədovanı və Elşən Məmmədəliyevi təhqir edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə A. Məmmədova məlumat verib.
O bildirib ki, MTN polkovniki adamları uydurma ittihamlarla həbsə göndərib:
"Ailəsindən külli miqdarda pul alandan sonra saxta ekspert rəyi ilə - guya xəstədir deyə azadlığa buraxan dəstənin üzvlərindən biri Vüsal Ələkbərovdur. Əməlləri məhkəmədə sübuta yetirilib. Elşənlə mən ondan suallarımıza cavab almaq istəyirik, öz tərbiyəsinə uyğun cavab verir: "İtsiz? Nə arxamca düşmüsüz..."
Şəxsən mənim aləmimdə it daha dəyərlidir, nəinki günahsız adamı şərləyib, ailəsini gözüyaşlı qoyan, işgəncə verən, başqa kişilərin evini, malını satdırıb, o pulu öz arvad-uşağına yedirdən ikiayaqlı...”
Aytən Məmmədova həmin anların kadrlarını da yayıb:
Qeyd edək ki, davam edən “MTN işi”ndəki ittiham aktına əsasən, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, ibtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə əvvəlcə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilsə də, 2018-ci ilin oktyabrında onun həbsdə saxlanma rejimi dəyişdirilib.
Belə ki, 9 saylı Cəza Çəkmə müəssisəsində saxlanılan Vüsal Ələkbərovun Məntəqə Tipli Cəza Çəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edilib.
Bununla da o azadlığa buraxılıb.
Tarix: 22-06-2022, 18:13




Xəbər lenti

{sape_links}{sape_article}