Rusiya dəhşətli xəstəlik yayıb:İnsanlar əzalarını itirir


Rusiya dəhşətli xəstəlik yayıb:İnsanlar əzalarını itirir


Ukraynanın işğal altındakı Mariupol şəhərində vəba xəstəliyi tüğyan edir. 
Cebhe.info-nun məlumatına görə, həkim və tibbi ləvazimat çatışmazlığı ilə əlaqədar iyunun 10-dan başlanan epidemiya qarşısıalınmaz hala gəlib. Mariupolda cəmi 6 həkim briqadası fəaliyyət göstərir. Həmin briqadaların tərkibində yalnız bir neçə həkim var. Digəriləri isə tibb bacıları, sanitarlardan ibarətdir. Bu isə öldürücü xəstəliyin qarşısını almağa imkan vermir. Qeyd edək ki, yoluxucu xəstəliyin yaranmasına döyüşlər zamanı ölmüş insanların cəsədlərinin küçələrdə, dağıntılar altında qalaraq çürüməsi və dayaz yerlərdə dəfn olunmuş meyitlərin qalıqlarının yağış suları tərəfindən yuyularaq üzə çıxarılması səbəb olub. 
Mariupol merinin müşaviri Pyotr Andryuşenko Ukrayna mediasına açıqlamasında bildirib ki, xəstələrdən analiz məlumatları götürmək üçün şəhərdə laboratoriyalar olmadığından yoluxanlarla bağlı dəqiq məlumat yoxdur. O qeyd edib ki, təhlükə hələ də yüksək olaraq qalır. Mariupolda həkimlər və avadanlıqlar çatışmır, işğalçı hakimiyyət isə yoluxucu xəstəliklərin qarşısını almaq üçün heç bir iş görmür: 
“Bilirik ki, hər gün 10-15 nəfər vəba, dizenteriya, zəhərlənmə əlamətlərinə bənzər yoluxucu xəstəliklərlə həkimlərimizə müraciət edir. Bunun həqiqətən nə olduğunu müəyyən etmək mümkün deyil. Çünki şəhərdə fəaliyyət göstərən laboratoriya yoxdur. Zəruri reagentlər olmadığından testlər aparmaq mümkün deyil. Ona görə də bu gün yoluxucu xəstəliyin vəba, yoxsa dizenteriya olduğunu söyləmək sadəcə, mümkün deyil”. 
Pyotr Andryuşenkonun sözlərinə görə, yoluxucu xəstəliyin yayılmasının digər səbəbi Mariupolda içməli su problemi ilə bağlıdır. Şəhərdə içməli su demək olar ki, tapılmır. Eyni zamanda, suyu qaynatmaq üçün yanacağın olmaması təhlükəli xəstəlik mənbəyinə çevrilib. Mariupola nəzarət edən Rusiya hakimiyyət orqanları isə antisanitaryanın aradan qaldırlması üçün heç bir tədbir görmür. Hazırda Mariupolda qalan həkimlərin sayı çox azdır. Rusiya Ordusu onların şəhərdən çıxmasına icazə vermir. 
Merin müşaviri bildirib ki, hər 100 min nəfərə bir cərrah düşür. Bunu isə tibbi xidmət adlandırmaq olmaz. "Bundan başqa, yüksək ixtisaslı mütəxəssislərlə bağlı vəziyyət fəlakətlidir. Çünki şəhərdə müzakirə etdiyimiz vəba və yoluxucu xəstəliklərdən əlavə, insulindən asılı insanlarla, şəkər xəstələrimizlə bağlı çox böyük problem yaranıb. Bizim cərrahlar hər gün iki-üç əməliyyat keçirir, insanların əzalarını kəsirlər. Çünki insulinin özü olmadığından heç kim onu almır, nəticələr isə başa düşüləndir: insanlar əzalarını itirirlər. Yəni şəhərdə tibblə, tibbi xidməti ilə bağlı problem sadəcə, bir çöküş deyil. Bu, mövcud olan bütün mənfi nəticələri gücləndirən əsl fəlakətdir",-Andryuşenko belə deyib. 
Tarix: 22-06-2022, 18:27




Xəbər lenti

{sape_links}{sape_article}