PKK-nın qadın lideri öldürüldü – MİT-in ƏMƏLİYYATI

PKK-nın qadın lideri öldürüldü – MİT-in ƏMƏLİYYATI

Türkiyə xüsusi xidmət orqanları PKK terror təşkilatının liderlərindən olan Delal Əzizoğlunun məhv edilməsi üçün Şimali İraqda uğurlu əməliyyat keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiya Ankaranın təhlükəsizlik strukturlarından “Anadolu”ya verilib.

Mənbə yazır ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) terrorçunun Süleymaniyyə şəhərinə gəlməsi ilə bağlı məlumatların təhlili əsasında əməliyyat təşkil edib.

Delal Əzizoğlu 1992-ci ildən terrorçudur. O, müəyyən illərdə Avropa ölkələrində, xüsusən də Belçikada terror təşkilatının təbliğatı ilə məşğul olub. Avropanın bir sıra şəhərlərində PKK üzvlərinin icazəsiz aksiyaları onun adı ilə bağlıdır.

Son illərdə o, Suriya da daxil olmaqla bir çox ölkələrdə terrorçulara təlim keçib.

Tarix: 24-06-2022, 15:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}