“Pərvin Məhərrəmov polis şöbəsinin qarşısına gələrək, heç bir səbəb göstərmədən özünü yandırıb” – DİN

“Pərvin Məhərrəmov polis şöbəsinin qarşısına gələrək, heç bir səbəb göstərmədən özünü yandırıb” – DİN-dən “Hürriyyət”in yazısına REAKSİYA

Hurriyyet.az saytında dərc olunan "Oğlum Salyan Rayon Polis Şöbəsində döyüldüyü, təhqirlərə məruz qaldığı üçün özünü yandıraraq intihar edib" sərlövhəli yazıya Daxili İşlər Nazirliyi (DİN) tərəfindən reaksiya verilib.
Belə ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Hurriyyet.az saytına açıqlamasında qeyd olunan ittihamların əsassız olduğunu bildirib:
“Salyan rayon sakini P.Məhərrəmov ötən ilin dekabr ayının 28-də DİN-in "102" zəng edərək bacısı N.Məhərrəmovanın yaşadıqları evdən çıxması və narkotik aludəçisi olan şəxslərlə birlikdə olması barədə məlumat verib.
Bir gün sonra isə P.Məhərrəmov bacısı və anası Z.Quliyeva ilə birlikdə polis şöbəsinə gələrək şöbə rəhbərliyinin qəbulunda olub və onu narahat edən məsələlər dinlənilib. Söhbətlər zamanı N.Məhərrəmova narkotik istifadəçisi olduğunu və bir ildən artıqdır ki, zərərli vərdişlərə qurşandığını etiraf edib. Polis əməkdaşları onlara rayon ərazisində bu qanunsuz əməllə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər görüldüyünü, N.Məhərrəmovaya bu maddələri verən şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər görüləcəyi barədə məlumat veriblər.
Daha sonra P.Məhərrəmov ailəsi ilə birlikdə polis şöbəsini tərk edib. Polis şöbəsinin inzibati binasında ona qarşı hər hansı bir qanunsuz hərəkətlərə yol verilməyib.
Lakin təxminən bir saat sonra P.Məhərrəmov yenidən polis şöbəsinin qarşısına gələrək heç bir səbəb göstərmədən özünü yandıraraq intihara cəhd edib. Onun bu cəhdinin qarşısı alınıb və o, xəstəxanaya yerləşdirilib.
04.01.2023-cü il tarixində isə P.Məhərrəmov yerləşdirildiyi Respublika Yanıq Mərkəzində vəfat edib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalar aparılır”.
Tarix: 26-01-2023, 11:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}