Müəllim məktəb direktoruna qarşı dələduzluq etdi - MƏHKƏMƏ


Ali Məhkəmədə Bakıda dələduzluqda təqsirləndirilən Sahib Şükürovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxsin kassasiya şikayətini geri götürüb.
 
Bu səbəbdən onlar tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd: S.Şükürov 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
 
Belə ki, o, mənimsəmə və digər cinayət faktlarına görə başlanan cinayət işi üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılan H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru Rüstəmova Mehriban Əsgər qızının sözügedən cinayət işinin icraatına ibtidai istintaq dövründə xitam verilməsinə köməklik göstərəcəyi vədini verib.
 
S.Şükürov bu yolla qadından ümumilikdə 168 min manat pul alaraq dələduzluq edib.
 
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32,4 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Tarix: 27-01-2023, 11:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}