Bayram günü sərhədçimizi kim yaraladı? – Avropa erməni əli ilə müharibəni tətikləyir


 
Novruz bayramının ilk səhəri silahlı qüvvələrimiz üçün pis xəbərlə açıldı. Rəsmi məlumata görə, mart ayının 20-də saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutub.
Nəticədə DSX-nin hərbi qulluqçusu, kiçik çavuş Ramin Manafov qarşı tərəfdən açılmış atəşlə yaralanıb. Şükür ki, ölüm-itim yoxdur. Hərbçimiz əməliyyat olunub, həyatı təhlükəsi aradan qalxıb. “Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir və buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür”, - məlumatda qeyd olunub.
Təbii ki, erməni tərəfi öz alçaq əməlini növbəti dəfə danıb. Ermənistanın Müdafiə (daha doğrusu, YALAN) Nazirliyi yenə də məsuliyyətdən yayınıb. Belə çıxır, hərbçimizi yaralayan yadplanetli imiş.
Vəziyyətin paradoksallığı həm də ondadır ki, atəş məhz Avropa Birliyi müşahidəçilərinin yerləşdiyi ərazidən açılıb. O zaman avropalılar niyə susur bəs? Ədalətli müşahidə budurmu? Belə olacaqmı? Bəlkə sərhədçimizi yaralayan heç erməni yox, hansısa mülki geyimli fransız jandarmasıdır?
Əlbəttə ki, biz sadəlövh deyilik. Belə bir üzdəniraq missiya Azərbaycanla sərhədə heç də xoş (sülh) niyyəti ilə, Ermənistanı hansısa şəkildə pis duruma salmaq, yaxud onu ittiham eləmək üçün gətirilməyib. Tam əksinə, kapitulyant tərəfin bu qəbildən təxribatlarını ört-basdır eləmək, onu bizə qarşı qudurtmaq, yalnızca Azərbaycanı suçlamaq, erməni revanşistləri ruhlandırmaq və onların özlərini cəzasız hiss eləmələri üçün dəvət olunub. Nahaq yerə Bakı belə bir missiyasının gəlişinə etiraz eləməyib ki.
Ona da zərrəcə şəkk-şübhə yox ki, bu, sülh sazişindən yayınmağa, qalib Azərbaycanı hansısa şəkildə tora salıb kollektiv Qərbin hədəfinə gətirməyə, ölkəmizə hətta hərbi zərbə vurulmasına nail olmağa hesablanmış növbəti erməni hiyləsidir. Odur ki, diqqətli olmalı, işimizi möhkəm tutmalıyıq: artıq erməni sərhəddə dayanan avropalı yarım-hərbi müşahidəçinin arxasından bizə güllə atmağa başlayıb. Necə ki, Qarabağda separatçılar eyni iyrəncliyi və şərəfsizliyi rusun dalında gizlənərək edirlər (Beləcə, Rusiya və Qərb bir-birinə qənim kəsilsə də, faktiki erməninin ortaq qoruyucuları qismində çıxış edir – nə qədər əcaib görünsə də!)
Ümumiyyətlə, erməni adında vəhşi qəbilə həmişə onun-bunun əlində çömçə, maşa, alət olmağı sevib. Azlıqda müti və yazıq, çoxluqda vəhşiyə çevrilən bu yaramaz və terrorçu qövmün özü heç vaxt Türklə birbaşa, açıq vuruşmağa cürət eləməyib, tülkü kimi kol-kos dalında, onun-bunun arxasında gizlənib. Rusun, fransızın yanında cəsarətlənib, xoruzlanıb, əjdahaya dönüb. Yaxın və uzaq tarix belə faktlarla doludur.
“Qafqaz qaraçıları” eyni zamanda, olduqca nankor və kəmfürsət tayfadır. Bunu da hamı bilir. Elə dünən Bakı metrosunda törədilən və 27 nəfərin həyatına son qoymuş erməni terrorunun 29-cu ildönümü idi. Yenə Novruz günlərini fürsət bilib deyəsən bu xain məxluqat.
Hələ üstəlik, dağıdıcı zəlzələdən Türkiyənin guya zəiflədiyini və Azərbaycanın təkləndiyini xəyal edib bir az da ürəkləniblər. Bunu açıq deyirlər. O gün Rusiya TV-də Türk düşməni, erməni politoloq Semyon Baqdasarovun qardaş ölkənin ünvanına hədə tonunda sayıqlamasını yəqin xatırlayırsınız. “Türkiyə hazırda əldən düşüb, əsl fürsətdir... gedək İstanbulu da alaq”, - deyə çərənləyirdi. Tipik erməni xisləti...

O üzdən bu günlər ikiqat-üçqat sərvaxt olmalıyıq. Hərçənd, cavablarını yenə artıqlaması ilə alacaqlar - arxalarındakı havadarları ilə birgə. Azərbaycan Prezidenti srağagün Talış kəndindən onların hamısını ən yüksək səviyyədə bir daha xəbərdar edib. Özlərini yığışdırsınlar, çirkin əməllərindən əl çəksinlər, nə qədər gec deyil.
Yoxsa ordumuz bayrama-zada baxmaz...
Zahid SƏFƏROĞLU
Tarix: 20-03-2023, 17:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}