`Bravo`ya hücuma görə evində əməliyyat keçirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
"Bravo" hipermarketindəki inkassatora silahlı hücumla əlaqədar Fəvvarələr meydanındakı mənzillərdən birində keçirilən əməliyyatla əlaqədar adı hallanan daha bir nəfər həbs olunub.
SİAM.AZ “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, söhbət əməliyyat keçirilən mənzildə yaşayan İsmayıl Hacızadədən gedir.
Lakin ona qarşı irəli sürülən ittihamın "Bravo"dakı silahlı hücumla əlaqəsi yoxdur. 24 yaşlı Hacızadə CM-in 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunur. İddia edilir ki, onun üstündən 2,2 qram heroin tapılıb.
Səbail Rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu qərardan apellyasiya şikayəti verilsə də, təmin olunmayıb.
İsmayıl Hacızadə narkotik ittihamının saxta olduğunu, heç bir cinayət törətmədiyi halda, həbs edildiyini bildirib. O, Bakı Apellyasiya Məhkəməsində də deyib ki, həbsinin səbəbi "Bravo"ya silahlı hücumu törətməkdə şübhəli sayılan Ruhlan İsmayılovun onun yanına gəlməsidir.
Homoseksual olduğunu və mərhum İsmayılovun da şəxsi münasibətlərə görə həmin gün onun yaşadığı evə gəldiyini deyən Hacızadənin sözlərinə görə, onun "Bravo"dakı hadisədə iştirakından da xəbərsizdir.
Əhmədli qəsəbəsindəki "Bravo" hipermarketində silahlı hücum martın 4-də günorta saat 12:00 radələrində baş verib. İnkassator Rüfət Həşimov qətlə yetirilib, daha bir nəfər yaralanıb.
Hadisəni törətməkdə şübhəli bilinən Ruhlan İsmayılovun saxlanması üçün həmin gün axşam saatlarında paytaxtın mərkəzində - Fəvvarələr meydanı yaxınlığındakı mənzillərdən birində əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda iddia olunur ki, İsmayılov saat 21:00 radələrində əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
"Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, "AKS Lancaster-03" markalı odlu silah, 1 ədəd "Makarov" və 1 ədəd "Colt" tipli tapançalar, çoxsaylı döyüş sursatları tapılıb", – rəsmi məlumatda belə yazılıb.
Baş Prokurorluq və DİN-in məlumatına görə, "Bravo"ya silahlı hücumla əlaqədar üç nəfər - Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanov həbs olunub. Onlara qarşı qəsdən adam öldürmə, adam öldürməyə cəhd kimi ittihamlar irəli sürülüb. Lakin adları çəkilən şəxslərdən Azər Məmmədov özünü təqsirli bilmir, həbs qərarından şikayət verib.
Digər təqsirləndirilən şəxslərin, yaxud vəkillərinin, eləcə də mərhum Ruhlan İsmayılovun yaxınlarının ittihamlara münasibəti bəlli deyil.
Tarix: 23-03-2023, 19:17
-
Bu gün, 14:43
Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq - DETALLAR
-
Bu gün, 11:42
Fransanın növbəti diplomatları qovulub - Observer Online
-
Bu gün, 11:36
“Gomas Auto” məhkəməyə verildi - 1 milyon AZN-dən çox vergi borcu var
-
Bu gün, 11:27
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Bu gün, 11:22
Rəcəb Babaşov birinci qrup gözdən əlilə zülüm edir - Bu Allahsızlıqdır, görün bizi nə günə qoyublar (VİDEO)
-
Bu gün, 11:16
Qərbi azərbaycanlıların qayıdışı Bakının strateji hədəflərindəndir
-
Bu gün, 11:08
Tariyel Əkbərov təhqir olunan müəllimi işdən azad etdi
-
Bu gün, 10:46
"Həkim komissiyası və komissarın iş birliyi"- NARAZILIQ
-
Bu gün, 07:47
İmtahan günü peyda olub, "pul qıran" əmanət köşkü... - DİM deyir ki, "bizə heç bir aidiyyəti yoxdur"
-
Bu gün, 07:39
"Mən sübut edə bilərəm ki, vedrə ölçü vahididir"
-
Dünən, 23:36
Meclis.info platformasının rəhbəri saxlanılıb
-
Dünən, 22:09
Üç rayonda ağaclar qanunsuz kəsilib, təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Dünən, 22:08
Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar
-
Dünən, 22:06
Yemək və içki həvəskarları üçün Avropanın ən yaxşı şəhərləri (SİYAHI)
-
Dünən, 22:04
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi
-
Dünən, 22:02
Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?
-
Dünən, 21:58
Sühməramlılarının Qarabağdan getməsinə qarşı tənqid: - ABŞ yersiz ittihamlar irəli sürür
-
Dünən, 21:56
YAŞILLIĞI KİMLƏR VƏ NƏ SƏBƏBƏ MƏHV EDİR - CAVABDEH QRUMLAR NİYƏ SUSUR?
-
Dünən, 21:54
Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında - TƏFƏRRÜAT
-
Dünən, 21:49
Həbs gördü... hələ də qanun tanımır... MƏHKƏMƏSƏ QƏRAR VERİB! - GƏLİŞMƏ
-
Dünən, 21:47
Deputata məxsus olduğu deyilən şirkətə qarşı yenidən inzibati iş başlandı
-
Dünən, 21:43
Cəlilabadda məmur şəhid dayısını məhkəməyə verdi-5 min təzminat istəyir
-
Dünən, 14:09
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
Dünən, 14:07
"Noldu ki, bu boyda məhbusların olduğu ölkədə təkcə Arif Hacılının oğlu azadlığa çıxdı?"
-
Dünən, 13:43
Qarabağın yenidən inşasına HARAM QATANLAR... - AXI NİYƏ?
-
Dünən, 13:41
İsrailə dəstək, Ukraynaya vəd - Ədalət...?
-
Dünən, 13:39
“Azpetrol” cərimələndi
-
Dünən, 13:36
"Geely"nin Azərbaycandakı rəsmi distribütoruna cərimə yazıldı
-
Dünən, 13:17
285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT
-
Dünən, 13:15
“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ
{sape_links}{sape_article}