“Medera”da əməliyyat: öz işçisi öldü – Hospital susur


Xəbər verdiyimiz kimi, Bakıda “Medera Hospital”da plastik əməliyyat etdirən Aygün adlı qadın vəfat edib.
SIAM.AZ Axar.az-a istinadla xəbər verir ki, vəfat edən xanımın “Medera Hospital”da “Resepşn”da işlədiyi bildirilir. O, bir neçə gün öncə elə həmin hospitalda çalışan plastik cərrah Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım dünyasını dəyişb.
Məlumat yayıldıqdan sonra Aygün adlı şəxsin cərrah Günel Bayramlının ilk qurbanı olmadığı haqda sosial şəbəkələrdə iddialar da paylaşılıb.
Hadisə ilə bağlı araşdırmanın aparılıb-aparılmadığı barədə hələlik Baş Prokurorluq sorğumuza cavab verməyib.
Hospitaldan isə bildiriblər ki, ölüm faktı və digər iddialarla bağlı məlumat verə bilməzlər, ancaq gün ərzində rəsmi açıqlama yayılacaq.
Xatırladaq ki, Aygün xanım ailəli olub, bir qız övladı var.
Tarix: 8-06-2023, 22:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}