Rusiyadan atasının dəfninə gələn Yevlax sakinini “qaramaskalılar”ın saxladığı deyilir


Rusiyada yaşayan Azərbaycan vətəndaşının atasının dəfnində iştirak etmək üçün gəldiyi Yevlax rayonunda saxlanıldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, söhbət rayonun Rüstəmli kəndinin sakini Elşən Kərimovdan gedir.
Yaxınlarının sözlərinə görə, o, dünən – aprelin 17-də atasının yas mərasimində qara maskalı şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb. Onlar E. Kərimovun hansı qurum tərəfindən və hansı əsasla saxlanıldığını bilmədiklərini deyirlər. Yaxınları ona işgəncə verildiyindən, həmçinin həyatının təhlükədə ola biləcəyindən narahatdırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, bu barədə onlarda məlumat yoxdur.
Tarix: 18-04-2024, 12:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}