Şöbə rəisi “Sea Breeze”də qadına “söz” atdı, ərini döydü - İTTİHAM


Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Orxan Mirzəyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Sabunçu Rayon Məhkəməsinin çıxardığı 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası 2 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilib.
 
İttihama görə, hadisə 16 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixə keçən gecə saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən “Sea Breeze” istirahət mərkəzində qeydə alınıb.
 
Belə ki, Orxan Mirzəyev sərxoş vəziyyətdə çimərlikdə olan qadına ədəbsiz təkliflər edib. Sonra qadının əri A.M. (şərti) təqsirləndirilən şəxsə irad bildirib. Bu zaman Orxan həmin şəxsi təhqir edərək heç bir əsaslı səbəb olmadan A.M.-in sifət və ənsə nahiyəsinə yumruqla zərbə endirərək ona bədən xəsarətləri yetirib. Həmin vaxt iş üzrə digər zərərçəkmiş Ə.Z. (şərti) mübahisəni sakitləşdirmək məqsədi ilə Orxana qanunsuz hərəkətlərinin qarşısını alaraq onu kənara çəkməyə çalışıb. Təqsirləndirilən şəxs isə hərəkətlərini davam etdirərək müqavimət göstərib, həmin şəxsin də ünvanına nəlayiq ifadələr işlədib, xuliqanlıq niyyəti ilə Ə.Z.-nin sifət nahiyəsinə iki dəfə vurub. Nəticədə Orxan digər zərərçəkmişə də bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq edib.
 
Hadisədən sonra Orxan Mirzəyev cinayət məsuliyyətinə cəlb edilib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
 
Qeyd: Orxan Mirzəyev MMC-lərin birində marketinq və satış şöbəsinin rəisi vəzifəsində işləyir.
Tarix: 14-05-2024, 09:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}