Real- “Atletiko”: 3-0,RONALDO YENİDƏN HET-TRİK ETDİ, "REAL" FİNALIN BİR ADDIMLIĞINDA - YENİLƏNİB

Real- “Atletiko”: 3-0,RONALDO YENİDƏN HET-TRİK ETDİ, "REAL"  FİNALIN BİR ADDIMLIĞINDA - YENİLƏNİB Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.
Siam.az xəbər verir ki, ilk oyun günündə “Real” öz meydanında “Atletiko”nu qəbul edir.
Oyun başlayıb.

“Real” Ronaldonun qolu ilə 10-cu dəqiqədə önə keçib.
***
K. Ronaldonun 73 və 86-cı dəqiqələrdə vurduğu növbəti qollarla “Real” rəqibini 3:0 hesabı ilə məğlub edib.
Bununla da K.Ronaldo Çempionlar Liqasında ardıcıl ikinci oyunda het-trik edib.
Bundan əvvəl, o, Münxenin “Bavariya” klubunun qapısından 3 top keçirmişdi.
Beləliklə, “Kral” klubu ardıcıl ikinci il Çempionlar Liqasının finalına vəsiqə qazanmağa yaxınlaşıb.
Qeyd edək ki, Dieqo Simeonenin komandası UEFA Çempionlar Liqasının 2013-2014-cü və 2015-2016-cı il mövsümlərinin final qarşılaşmalarında “Real Madrid”ə məğlub olub.
Yarımfinal mərhələsinin digər matçı bu gün Fransada “Monako” və “Yuventus” komandaları arasında baş tutacaq.
Siam.az
Tarix: 3-05-2017, 08:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}