Türkiyənin tanınmış futbolçusu mafiya ilə işbirliyinə görə həbs olundu

Türkiyənin tanınmış futbolçusu mafiya ilə işbirliyinə görə həbs olundu Türkiyənin keçmiş futbolçusu, hazırda futbol şərhçisi kimi fəaliyyət göstərən Tancu Çolak həbs olunub.

APA-nın verdiyi məlumata görə, İstanbulda həbs edilən sabiq futbolçu Ankaraya aparılıb.

Onun mafiya ilə əlbir olduğu üzə çıxarılıb və barəsində saxlanma qərarı verilib.

Qeyd edək ki, T.Çolak 1987-1991-ci illərdə “Qalatasaray”, 1991-1993-cü illərdə “Fənərbaxça” klublarında forma geyinib.

O, 7 dəfə Türkiyə çempionatının bombardiri olub.
Tarix: 10-06-2017, 19:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}