Putin Pele və Maradona ilə görüşdü - Video

Putin Pele və Maradona ilə görüşdü - Video
Rusiya lideri Vladimir Putin 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı Kreml Sarayında baş tutan püşkatma mərasimi zamanı əfsanəvi futbolçular Pele, Diaqo Maradona, Ronaldo və Ronaldinyo ilə görüşüb.

Axar.az xəbər verir ki, Putin sözügedən idmançıların Rusiyanı yaxşı tanıdıqlarını bildirib.

“Müxtəlif nəsilləri sizi yaxşı tanıyır və bu, bir nümunədir”, - Putin bildirib.

Ardınca Kreml rəhbəri şampan qədəhini qaldıraraq püşkatmanın daha əyləncəli keçəcəyini əlavə edib.

Qeyd edək ki, bir az əvvəl püşkatmanın nəticələri bəlli olub və qruplar müəyyənləşib.
Tarix: 1-12-2017, 23:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}