AVRO-2020: Bakı qrup mərhələsinin üç oyununu qəbul edəcək

AVRO-2020: Bakı qrup mərhələsinin üç oyununu qəbul edəcək
2020-ci il futbol üzrə Avropa çempionatının final mərhələsində qrup oyunlarının keçiriləcəyi stadionlar müəyyənləşib.

Virtualaz.org-un məlumatına görə, turnirə ev sahibliyi edəcək 12 şəhərin hər birində 3 qrup oyunu keçiriləcək.

A qrupunun üç oyunu Bakı Olimpiya Stadionunda təşkil ediləcək. Bu qrupun digər üç oyunu isə Romada təşkil olunacaq.

Çempionatın 60 illiyi münasibətilə Avropanın 13 müxtəlif şəhərində keçirilməsi planlaşdırılan yarışı keçirəcək şəhərlərin sırasından Brüssel çıxarılıb. Buna səbəb şəhərdəki stadion tikintisinin gecikməsi olub.

Bu səbəbdən də Brüsseldə keçirilməsi planlaşdırılan 3 qrup və bir 1/8 final matçının keçirilməsi Londona həvalə olunub.

Qeyd edək ki, Avropa çempionat 2020-ci ilin iyun-iyul aylarında keçiriləcək. Hələlik dəqiq tarix müəyyənləşməyib.

AÇ-2020-nin qrup oyunları aşağıdakı şəhərlərdə oynanılacaq.

A qrupu: Roma, İtaliya və Bakı, Azərbaycan

B qrupu: Amsterdam, Hollandiya və Budapeşt, Macarıstan

C qrupu: Sankt-Peterburq, Rusiya və Kopenhagen, Danimarka

D qrupu: London, İngiltərə və Qlazqo, Şotlandiya

E qrupu: Bilbao, İspaniya və Dublin, İrlandiya

F qrupu: Münhen, Almaniya və Buxarest, Rumıniya

Tarix: 8-12-2017, 09:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}