“Sahil - S İnşaat” MTK-nın vergi dələduzluğu: - Mikayıl Cabbarova çağırış edildi...
Paytaxtın Yeni Günəşli ərazisində yaşayış binası tikən “Sahil - S İnşaat” MTK-nın rəhbəri Allahverdiyev Taley Şamil oğlunun fırıldaqçılığı, sakinləri aldatması azmış kimi, indi də vergidən necə yayınması üzə çıxıb. Şirkətin payçılara satdığı mənzilləri geri almağa, ya da müqaviləyə əsası olmadan düzəliş edərək qiymətləri dəyişməyə çalışdığını xəbər vermişdik. İndisə T.Allahverdiyevin rəhbəri olduğu “Sahil - S İnşaat” MTK-nın vergi dələduzluğu məlum olub. Anaxeber.info binadan mənzil alan sakinlərə istinadən məlumat verir ki, şirkət evlərin əksəriyyətini artıq satıb. Sakinlərin sözlərinə görə, mənzillərin təxminən 97 faizinin sahibi var. Onlar bildirirlər ki, az sayda satılmamış mənzillər qalıb. Lakin T.Allahverdiyev mənzillərin çoxunun satılmadığını deməklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini aldadır və vergidən yayınır. Payçıları aldatmağı azmış, dövlətə də kələk gəlmək istəyən şirkət rəhbərinin bu əməlinin ciddi şəkildə təftiş olunmasına zərurət var. Sakinlər deyirlər ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun Dövlət Vergi Xidmətinə “Sahil - S İnşaat” MTK-nın vergi fırıldağını araşdırmaq üçün göstəriş verməsi lazımdır. Bu zaman əksər mənzillərin satıldığı halda, MTK-nın vergidən necə yayındığı aşkar olunacaq. Təbii ki, bunun da cərimə sanksiyası az deyil. . Bu baxımdan “Sahil - S İnşaat” MTK-nın və rəhbərinin fəaliyyətinin vergi xidməti tərəfindən araşdırılması tələb olunur. Sakinlər deyirlər ki, şirkət onlarla imzaladığı müqaviləni qanunsuzluq edərək pozur, xitam verir, yeni müqavilə tərtib edir və mənzillərin qiymətini qaldırır. Bununla razılaşmayanlar isə şirkət tərəfindən məhkəmə ilə hədələnir və evinin əlindən alınacağı bildirilir. Paralel olaraq isə vergi fırıldağına yol verilir və faktiki bu şirkətin işi hüquq-mühafizə orqanlarının diqqət mərkəzi gəlməlidir. Əgər vergidən yayınma faktı aşkarlanarsa, T.Allahverdiyevə vergi cinayəti açıla bilər. Sakinlər qeyd edirlər ki, mənzillərin 97 faizi satıldığı halda şirkət rəhbəri qırmızı yalanlar danışa bilir. Bu minvalla vergidən yayındırdığı vəsait mənimsənilir. Halbuki binanın sonuncu mərtəbəsinin tikintisi yarımçıq qalıb. Şirkət ən azı tikintini yekunlaşdıra bilərdi. Amma nə sakinlərə hesabat verilir, nə tikintinin dayanmasının səbəbi izah olunur, nə də normal söhbət aparılır. Bəs bu işi təhvil verə bilməyəcəkdilərsə, yüzlərlə ailənin niyə hissləri ilə oynanılıb və verdikləri pullar hara gedib? Şirkət bir neçə il qabaq telekanallarda və internet mediasında özünü reklam edir, vətəndaşları bu binadan mənzil almağa çağırırdı. Bu da nəticəsi... Ona görə də sakinlər İqtisadiyyat naziri Mikayıl Cabbarovdan xahiş edirlər ki, “Sahil - S İnşaat” MTK-nın vergidən yayınmasının araşdırılması haqda tapşırıq versin. Eyni zamanda, sakinlər Baş Prokuror Kamran Əliyevə də müraciət ediblər. Bir kvadrat metrini 900 manatdan alan sakinlərə deyilir ki, müqaviləyə xitam verilir, yenisi imzalanır və kvadratı 1050 manatdan hesablanır. Bir sözlə, tam qanunsuzluq, dərəbəylik, anarxiya... Sakinlərin üzləşdiyi problemlə bağlı Baş Prokurorluqdan xahiş edir ki, təcili şəkildə araşdırma aparılsın və “Sahil - S İnşaat” MTK-nin bu fəaliyyəti təftiş olunsun. “Cənab Baş Prokuror, biz alnımızın təri, zəhməti ilə pul yığıb ev-eşik sahibi olmaq istəmişik. Bu şirkətlə müqavilə bağlayıb ev sahibi olanda sevinmişdik ki, nəhayət, kirayələrdən canımız qurtarır. Amma çox çəkmədi ki, sevincimizi ürəyimizdə qoydular. Bir müddət sonra şirkət tikintini dayandırdı, sonuncu mərtəbəni indiyə qədər inşa edib təhvil verməyiblər. Biz dəfələrlə müraciət etdik, tikintinin davam etdirilməsini tələb elədik, amma maliyyə problemi ilə əlaqələndirib iş görmədilər. İndisə yeni problemlə üzləşmişik, şirkət nəinki tikinti aparmır, mənzilləri təhvil vermir, üstəlik, müqavilələrə xitam verir, yeni qiymətlər irəli sürür. Bununla kim razı olmursa, məhkəməyə verilir və mənzilinin əlindən alınacağı ilə təhdid olunur. Bu nə özbaşınalıqdır?”, - müraciətdə deyilir.
Anaxeber.info
Tarix: 3-09-2021, 10:34
-
Bu gün, 15:10
Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Bu gün, 15:01
Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ
-
Bu gün, 14:54
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
-
Bu gün, 14:53
Məhkəmə qərar verdi: İşdən çıxarılan baş həkim vəzifəsinə qaytarılmalıdır
-
Bu gün, 14:07
Üstü bəzək, altı təzək BƏRDƏMİZ... - VİDEO
-
Bu gün, 12:23
Bakıya göydən kürü yağıb: - İndi isə kilosu 2 min manatadır
-
Bu gün, 12:12
“Poz-Qazan” camaatın ÖZ QAZANINI NECƏ BOŞ QOYUR... - VİDEO
-
Bu gün, 09:59
Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert
-
Bu gün, 09:57
Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?
-
Bu gün, 09:56
“Tərbiyəsizlik özünə dövlətdən ikinci evi istəməkdir” - Taleh Yüzbəyovdan Xalq artistlərinə CAVAB
-
Bu gün, 09:54
İntihar edən professorun şəxsi həyatı ilə bağlı İLGİNC MƏQAMLAR -VİDEO
-
Bu gün, 09:53
Hədəfdə Azərbaycandırsa... - SAVAŞACAĞIQ!!!
-
Bu gün, 09:52
Ağ Evdən Kremlə qarşı YENİ HƏMLƏ – Çin və Hindistan Rusiyadan ÜZ ÇEVİRİR?
-
Bu gün, 09:50
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur – Yeni faktlar
-
Bu gün, 09:49
Aydın Talıbov deputat olmağa hazırlaşır – Rəqabət Məcəlləsi inhisarçı biznesdə təşviş yaradıb
-
Bu gün, 09:49
Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...
-
Bu gün, 09:48
Keçmiş başçının hospitalından şikayət – Pasientlə “Rela Hospital” arasında nə baş verib?
-
Bu gün, 09:48
Narkotik və oğurluq cinayətləri “dəbdədir” - səbəblər
-
Bu gün, 09:43
Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət...VİDEO
-
Bu gün, 09:40
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
-
Bu gün, 09:37
“Rəis dedi ki, heç bir məmur qanunsuz olaraq kiminsə evini sökə bilməz”
-
Bu gün, 09:34
Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!
-
Bu gün, 09:33
Büdcəyə yenidən baxılacaq?
-
Bu gün, 09:31
İvanovun cinayəti və ya “sağ əli” Şoyqunu “bitirdi” - Rüşvət, yoxsa dövlətə xəyanət?
-
Dünən, 23:24
Qonşu ölkə panikada: Rəsmən Rusiya ilə savaş hazırlığı başladı
-
Dünən, 23:02
Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTO
-
Dünən, 22:49
Uşaq bağçasında mənimsəmə – Cinayət işi açıldı
-
Dünən, 22:47
Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."
-
Dünən, 21:50
Büdcədə yüz milyonlarla artıq pul var: Hara xərclənəcək? - "Rəqəmlərə diqqət yetirəndə..."
-
Dünən, 18:39
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir – FOTOLAR
{sape_links}{sape_article}