Məhəmməd Əlinin çempionluq kəməri fantastik qiymətə satıldı – FOTO


Boksçu Məhəmməd Əlinin 1974-cü ildə qazandığı çempionluq kəməri hərracda satılıb.
Kəmər Milli Futbol Liqasının (NFL) “İndianapolis Kolts” klubunun sahibi Cim İrsey tərəfindən 6,18 milyon dollara (11,6 milyon manata – red.) alınıb.
Qeyd edək ki, 1974-cü ildə Afrikada baş tutan qarşılaşma boksda ən yaddaqalan anlardan biri sayılır. Həmin vaxt ağır çəkidə titulunu bərpa etmək üçün Corc Formanla qarşılaşan Əli mübarizəni səkkizinci raundda nokautla qazanıb.
Hərracda boksçunun digər əşyaları, o cümlədən Co Freyzerə qarşı “Əsrin döyüşü”nə geyindiyi xalat da satılıb.
Xatırladaq ki, Məhəmməd Əli 2016-cı ildə 74 yaşında vəfat edib. O, 1960-cı il Olimpiya Oyunlarının çempionu, ağır çəkidə mütləq dünya çempionu, beşqat “İlin boksçusu” və “Onilliyin boksçusu” titulunun sahibidir. Amerikalı boksçu karyerası ərzində 61 döyüş keçirib, 56 qələbə qazanıb.
Tarix: 25-07-2022, 17:49




Xəbər lenti

{sape_links}{sape_article}