Superkompüter dünya çempionatının “qalibini” açıqladı




Superkompüter tezliklə Qətərdə başlayacaq futbol üzrə dünya çempionatında hansı ölkənin milli komandasının qalib olacağı ilə bağlı proqnozunu açıqlayıb.

“EA Sport FIFA”nın oyunçu statistikasına, eləcə də 2006-2018-ci illərdə keçirilən dünya çempionatlarının oyunlarının nümunəsinə əsaslanaraq, kompüter Argentina millisinin qalib olacağını müəyyən edib.
Hesablamaya görə, Argentina millisi yarımfinalda ingilislərə, finalda isə Portuqaliya komandası üzərində penaltilər seriyasında qalib gəlməlidir.
Dünya çempionatı Qətərdə 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Turnir beş şəhərin səkkiz stadionunda baş tutacaq. Final qarşılaşma Milli Stadionda oynalınacaq.



Tarix: 28-10-2022, 17:58
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}