"Təəssüf ki, Messi ilə Ronaldo arasında əbədi rəqabət sona yetib"-Superqəhrəmanların şousu


Messi və Ronaldo bir-birindən ayrılmazdır...
 

"Ronaldo "Əl-Nəsr"in göy-sarı futbol köynəyində özünün ilk oyununu keçirəcək..."
 
"Ajiotaj gözləniləndir, biletlər dərhal satılıb, 68 minlik stadion cümə axşamı, yanvarın 19-da ağzınacan dolu olacaq..."
 
"Statistika Messinin xeyrinədir..."
 
Zəmanəmizin qəhrəmanları yenidən futbol meydançasında görüşəcəklər...
 
Ən yaxşı futbol seriyalının növbəti seriyasını biz növbəti həftədə görə biləcəyik.
 
 
Moderator.az xəbər verir ki, bu barədə "Sportmail.ru" nəşri yazıb.
 
Fransanın "Pari Sen-Jermen" futbol komandası Yaxın Şərq üzrə qış turnesinə yola düşür. İstənilən başqa ildə azarkeşlərin əksəriyyəti bu xəbərə əhəmiyyət verməzdi. Amma 2023-cü ilin əvvəlindən savayı! Parislilərin mətbuat xidməti bəyan edib ki,  yanvarın 19-da PSJ Ər-Riyadda (Səudiyyə Ərəbistanı) yerli "Əl-Hilələ" və "Əl-Nəsrə" komandaları futbolçularından təşkil edilən komanda ilə yoldaşlıq görüşü keçirəcək.
 
"PSJ"- də Lionel Messi çıxış edir və bunu hamı gözəl xatırlayır. Amma Kriştiano Ronaldonun hansı rəngləri müdafiə edəcəyini unutmusunuz? O, "Əl-Nəsr"in göy-sarı futbol köynəyində özünün ilk oyununu keçirəcək.
 
Ajiotaj gözləniləndir, biletlər dərhal satılıb. Kral Fəhd adına 68 minlik beynəlxalq stadion cümə axşamı ağzınacan dolu olacaq. 
 
Yeri gəlmişkən, "The Guardian" nəşri yazır ki, səudiyyəli biznesmen Müşrəf əl-Həmdi "Təxəyyül həddindən kənarda" adında bilet uğrunda hərracın lideri olub. Hərracı udan şəxs matçdan sonra mükafatlandırma mərasimində iştirak edəcək, geyinib-soyunma yerlərinə nəzər yetirəcək, hətta futbolçularla ünsiyyətdə olacaq. İndi qalır cibinə görə iki milyon funt axtarıb özünə unudulmaz gecə təşkil edəsən.
 
Statistika Messinin xeyrinədir
 
Təəssüf ki, əbədi rəqabət başa çatıb, bunu hətta Kriştianunun pərəstişkarları da etiraf edir. Leo Qətərdə keçirilən dünya çempionatında Argentina yığmasının tərkibində sensasion qələbə qazanıb və öz kolleksiyasına peşəkar futbolçunun ən başlıca qənimətini əlavə edib. Ronaldonun dünya çempionatı qızılı yoxdur və olmayacaq. Təsəvvür etmək çətindir ki, Kriştiano Ronaldo Portuqaliya yığması ilə 2026-cı mundiala gedib dünyanın ağlını başından çıxaracaq.
 
Amma uzaq 2008-ci ildə Çempionlar Liqasının yarımfinalında başlanan böyük qarşıdurmanı xatırlamaq istəyirsən.
 
Beləliklə:
 
- 15 il ərzində portuqaliyalı argentinalı ilə 36 dəfə döyüşüb. Hesab 16:11 Leonun xeyrinədir (qolların sayına görə də- 22:21);
 
- Oyunçular ən çox əyani görüşlərini La Liqada (peşəkar futbol liqası) keçiriblər. Messi açıq-aşkar üstünlüyə malikdir: 10 qələbə, 4 heç-heç, 4 məğlubiyyət;
 
- Çempionlar Liqasında bərabərlikdir. 6 oyunda rəqiblərin iki qələbəsi və iki heç-heçəsi var. Doğrudur, 2009-cu ildə "Barselona" Roma finalında "Manşester Yunayted"lə oyunda 2:0 hesabı ilə qalib gəlib, ikinci topu Messi vurub;
 
- Belə bərabərlik İspaniyanın superkuboku uğrunda mübarizədə də qeydə alınıb: 5 oyunda iki qələbə və bir heç-heçə;
 
- Yığma komanda səviyyəsində futbolçular iki yoldaşlıq görüşü keçirib, hesab 1:1 olub;
 
- Ronaldonun Messini üstələdiyi yeganə turnir İspaniya kubokudur. Orada Kriştianu iki qələbə qazanıb, bir dəfə məğlubiyyətə uğrayıb və iki dəfə heç-heç edib.
 
Messinin Ronaldo ilə sonuncu dəfə görüşü 2020-ci ilin dekabrında baş tutub. O zaman Çempionlar Liqasının qrup mərhələsində "Yuventus inamla "Barselona"ya 3:0 hesabı ilə qalib gəlib. Ronaldo bu oyunda iki dəfə penaltidə fərqlənib.
 
Ardı var?
 
Əgər 37-ci görüşün sonuncu olacağından məyus olursunuzsa, sizləri ümidləndirə bilərik. Xarici KİV-lər bir neçə həftədir ki, Səudiyyə çempionatından "Əl-Hilələ"nin daha bir qrandının "PSJ" və Argentina yığması lideri üçün ağlasığmaz məbləğ ayırmaq niyyətində olduğunu yazır. Messiyə, guya, ildə 300 milyon dollar vəd edilir. Müqayisə üçün, Ronaldoya 200 min təklif edilib.
 
Bu ərəfədə məlumat verilib ki, 7 dəfə "Qızıl top" mükafatçısının atası Xorxe Messi Səudiyyə Ərəbistanındadır və oğlunun qarşıdakı yayda mümkün transferi barədə danışıqlar aparır.
Tarix: 15-01-2023, 08:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}