Rayon rəhbəri kikboksinqin WAKO versiyası Üzrə Dünya Kubokunda gümüş medal qazanan Murad Qurbanovu qəbul edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 18-21 may tarixlərində 
Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinqin WAKO versiyası Üzrə Dünya 
Kubokunda 48 kiloqram çəki dərəcəsində "Fulkontakt" versiyasında 2 döyüş keçərək 
ikinci yer tutan gənc idmançı Qurbanov Murad Bəhruz oğlunu qəbul edib.
Rayon rəhbəri Murad Qurbanovu əldə etdiyi uğurlarına görə təbrik edib, ona yeni-yeni 
uğurlar arzulayıb. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət 
qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin 
edilməsi məqsədilə görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmiz ikinci dəfə 
müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman 
ölkəsi kimi nüfuz qazandırıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və 
hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və 
idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır.
Görüşdə  gənc idmançı Murad Qurbanov gələcək planlarından danışıb, idmanın 
inkişafına və idmançılara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham 
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Sonda idmançıya rayon rəhbəri tərəfindən təşəkkürnamə və xatirə hədiyyəsi təqdim 
edilib.

Tarix: 26-05-2023, 09:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}