Avropa çempionatından qızıl medalla qayıdan Murad Qurbanovun Tərtərdə təntənəli qarşılanma mərasimi olub


Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər 
və İdman İdarəsinin nümayəndələri, idmançılar, Murad Qurbanovun ailə 
üzvləri, müəllimləri, sinif yoldaşları, dostları və ictimaiyyət nümayəndələri 
iştirak ediblər. Mərasim iştirakçıları Avropa çempionu ilə  birlikdə  Ulu 
Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət 
edərək, abidələrin önünə gül-çiçək dəstələri düzüb, onların xatirələrini 
ehtiramla yad ediblər.


Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 
kikboksinq idman növünun Wako versiyası üzrə  qardaş Türkiyənin İstanbul 
şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanan 14 yaşlı 
Murad Qurbanovu qəbul edib.  
Rayon rəhbəri Murad Qurbanovu idman sahəsində əldə etdiyi uğurlarına görə 
təbrik edib, ona yeni-yeni uğurlar arzulayıb, ölkəmizdə bədən tərbiyəsi və 
idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən 
tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən 
danışıb. Qeyd edib ki, ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra 
idman sahəsində əldə edilən qələbələr ona idmançılar ölkəsi kimi nüfuz 
qazandırıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda 
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və 
idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır.
Görüşdə gənc idmançı Murad Qurbanov rayon rəhbərinə verdiyi sözə əməl 
etdiyini, qızıl medalla geri döndüyünü qeyd edərək, gələcək planlarından 
danışıb, idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğıya görə 
respublika Prezidenti  cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban 
xanım Əliyevaya minnətdarlığını bildirib.
Sonda idmançıya rayon rəhbəri tərəfindən qiymətli hədiyyə, Qarabağ 
kikboksinq klubunun baş məşqçisi beynəlxalq dərəcəli hakim Xəyyam 
Abuşova isə fəxri fərman  təqdim edilib, xatirə şəkli çəkilib.
Tarix: 5-09-2023, 14:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}