Bütün klublar bu futbolçunu almaq istəyir - FOTO

 
PSJ-nin prezidenti Nasser Al-Xelaifi “Barselona”nın hücumçusu Robert Levandovski haqda danışıb.
Klub prezidenti Levandovskinin fenomenal hücumçu olduğunu deyib:
“Robert Levandovski nə vaxt PSJ-yə keçməyə yaxın olub? PSJ-də olmayan futbolçular və baş verəcək transferlər barədə danışmamaq mənim siyasətimdir. Lakin Robertin fenomenal hücumçu olduğu heç kimə sirr deyil. Dünyanın hər bir klubu hansısa mərhələdə onunla müqavilə bağlamaq barədə düşünüb. Amma hazırda Robert “Barselona”nın oyunçusudur və mən buna hörmət edirəm. O, fəxr edilməli oyunçudur. Demək olar ki, hər matçda qol vuran belə hücumçular çox deyil. Sanki qol vurma maşınıdır. Mən onun haqqında ancaq yaxşı şeylər deyə bilərəm”. (lent.az)
ROBERT SON.png (844 KB)

Tarix: 30-09-2023, 21:58
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}