Benzemanın komandası İrandakı oyunu bu heykələ görə boykot etdi - FOTO


Benzemanın komandası İrandakı oyunu bu heykələ görə boykot etdi - FOTO
“Əl İttihad”ın Asiya Çempionlar Liqasında “Sepahan”la oyunu siyasi qalmaqal səbəbindən ləğv edilib.
Bu barədə Bakupost.az xarici KİV-ə istinadla xəbər verir.
Belə ki, Tehranın Azadi stadionunun girişində Qasım Süleymaninin büstü qoyulub.
“Əl-İttihad”ın nümayəndələri meydana daxil olmaqdan imtina edərək, büstün stadiondan götürülməsini tələb ediblər. Uzun fasilədən sonra “Əl-İttihad” arenanı tərk edib.
Hazırda Luis Felipe, N'Qolo Kante və Kərim Benzemanın yer aldığı Səudiyyə Ərəbistanı klubunu 0:3 hesablı texniki məğlubiyyət gözləyir.

Tarix: 3-10-2023, 09:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}