Mourinyu “Roma”dan ayrılacaq – O, aldığı sürpriz təklifi dəyərləndirməyə qərar verdi


“Roma”nın baş məşqçisi Joze Mourinyu “Roma” ilə yeni müqavilə bağlamaq fikrində deyil.
Fanat.az xəbər verir ki, informasiyanı “Todofichajes” yayıb.
Tərəflər arasında hazırki müqavilənin müddəti 2024-cü ilin iyunun sonunda başa çatır.
Portuqaliyalı mütəxəssisin paytaxt klubu ilə işbirliyini davam etdirmək istəməməsi heç də komandanın hazırda uğursuz nəticə göstərməsi ilə bağlı deyil. Mənbənin məlumatına görə, Mourinyu özünü milli komandada sınamaq istəyir. O, İtaliya və İngiltərənin ardından, Braziliyadan gələn təklifləri nəzərdən keçirməyə hazırdır. Joze son illər kubok qazanmağa ac olan “sambaçılar” ilə işləməkdə maraqlıdır.
Xatırladaq ki, Braziliya millisinin “sükan”ını təhvil almağa italiyalı mütəxəssis Karlo Ançelotti də namizəddir.
Mourinyu indiyə qədər yalnız klublarda çalışıb. O, “Portu”, “Çelsi”, “İnter”, “Real Madrid” kimi adlı-sanlı komandalara başçılıq edib.
Tarix: 5-10-2023, 15:29
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}