MHL-də ən çox qazanan xokkeyçilər - SİYAHI


“Forbes” nəşri MHL-də çıxış edən hokkeyçilərin qazanclarını dərc edib.  

Bizim.Media xəbər verir ki, reytinqdə yer alan idmançıların qarşıdakı mövsümdə maaşları və kənar gəlirləri nəzərə alınıb.  

İlk pillə “Vaşinqton Kapitals” komandasının kapitanı, rusiyalı Aleksandr Oveçkin və “Kolorado Evelanş”ın hücumçusu Natan MakKinnona qismət olub. Onların hər ikisinin gəliri 17,5 milyon dollar təşkil edir. Oveçkin bu məbləğin 12,5 milyonunu maaş kimi alır. McKinnonda isə məvacib 16,5 milyon dollara bərabərdir.  

Siyahıda üçüncü yerdə ümumi gəliri 16 milyon dollar olan “Edmonton Oylers”in hücumçusu Konnor MakDeviddir. Maaş 11 milyon dollar, əlavə gəlir 5 milyon dollar təşkil edir.  
“Boston”un hücumçusu David Pastrnak dördüncü yeri tutub. Onun gəliri 13,8 milyon dollardır, bunun 13 milyon dolları maaş, 800 min dolları isə reklamdandır. 

Beşinci yerdə 13 milyon dollar gəlirlə Minnesota komandasının hücumçusu Kirill Kaprizov qərarlaşıb. Bu məbləğin 12,5 milyon dolları maaşdır.  

“Nyu-Cersi Devils”in müdafiəçisi Duq Həmilton 12,7 milyon dollar gəlirlə altıncı yerdədir. Məbləğin 12,6 milyon dolları maaş, 100 min dolları isə reklam gəlirləridir.  

Siyahıda yeddinci yerdə 12,6 milyon dollar gəlirlə Çikaqo komandasının müdafiəçisi Set Consdur. Onun məvacibi 12,5 milyon dollardır. 

“Veqas”ın müdafiəçisi Aleks Petranjelo səkkizinci yerdə gedir. Onun qazancı 12,4 milyon dollar təşkil edəcək ki, bunun da 12,3 milyon dolları əmək haqqı, 100 min dolları isə reklam gəliridir.

“Reyncers”in müdafiəçisi Adam Foks 12,3 milyon dollarla doqquzuncu olub. Onun maaşı 12 milyon dollar, reklamdan gələn gəlir isə 300 min dollar olacaq.

Onuncu pillədə “Nyu-Cersi Devils”in hücumçusu Timo Mayer və “Kolambus”un müdafiəçisi Zak Verenski (hər biri 12,2 milyon dollar) yer alıb. 
Tarix: 10-10-2023, 08:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}