Dünyanın 1990-cı illərdəki ən yaxşı futbolçusu seçilib

Dünyanın 1990-cı illərdəki ən yaxşı futbolçusu seçilib
Britaniyanın “FourFourTwo” futbol jurnalı 1990-cı illərdə dünyanın ən yaxşı futbolçularının reytinqini dərc edib.

Məlumata görə, reytinqə Fransa millisinin sabiq kapitanı Zinəddin Zidan başçılıq edir. Futbolçu karyerası ərzində “Kann”, “Bordo”, “Yuventus” (Turin) və “Real Madrid”də oynamağı bacarıb.

Reytinqdə ikinci yeri braziliyalı Ronaldo tutub, ilk üçlüyü isə italiyalı keçmiş hücumçu Roberto Bacio tamamlayıb.
Qeyd edək ki, siyahıda dördüncü yerdə Paolo Maldini (İtaliya), beşincidə Rivaldo (Braziliya), altıncıda Marko van Basten (Niderland), yeddincidə Dennis Berqkamp (Niderland), səkkizincidə Luiş Fiqu (Portuqaliya), doqquzuncuda Romario (Braziliya), 10-cuda Xristo Stoiçkov (Bolqarıstan) qərarlaşıblar. Növbəti yerləri Erik Kantona (Fransa), Qabriel Batistuta (Argentina), Lotar Matteus (Almaniya), Roberto Karlos (Braziliya) və Marsel Desayi (Fransa) tutublar.

Mənbə: gazeta.ru
Tarix: 17-12-2023, 15:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}