Əhali gəlirinin 50 faizdən çoxunu ərzağa xərcləyir

Əhali gəlirinin 50 faizdən çoxunu ərzağa xərcləyir “Azərbaycanda orta statistik ailə gəlirinin 60 faizə yaxınını ərzağa xərcləyir”

Ekspert Nəriman Ağayev belə hesab edir:


“Rəsmi məlumatlara görə, Azərbaycan vətəndaşları gəlirlərinin 50 faizdən çoxunu qidaya sərf edir. Halbuki, yüksək təminatlı ölkələrdə bu rəqəm bütün xərclərin cəmi 15 faizə qədəridir. Qalan vəsait isə geyimə, təhsilə, əyləncəyə və s sərf edilə bilər”.

N.Ağayev deyib ki, bu məsələdə Azərbaycan Belorusdan da geri qalır. Onun bildirməsinə görə, Belorusda gəlirlərin 40 faizə qədəri ərzağa xərclənir:

“Vətəndaşlarin qida təminatı ilə bağlı xərclərin payı daim artır. Xərcin belə yüksək olması gəlirlərin az, inflyasiyanın isə artmasının göstəricisidir. Bu həm də əhalinin rifah halı ilə bağlı nəticə çıxarmağa əsas verən səbəblərdən biridir”.

2016-cı il ilə müqayisədə bu il vətəndaşların gəlirləri 8 faiz artıb. Amma bu dövrdə ərzaq malları 18 faiz bahalaşıb:

“Nə qədər az qazanılırsa, qazancın daha çox hissəsi ərzaq məhsullarına sərf edilir. Hətta Avropa ölkələri ilə müqayisədə geridə qalan ölkələrdə ərzaq məsrəfləri 30 faiz həddini keçmir”.

Üstəlik, ekspert vurğulayır ki, vətəndaşlar daha çox qida xərclərini azaldır. Bu isə əsasən ucuz ərzaq məhsullarına üstünlük verməklə özünü göstərir.

(Exo)
Tarix: 11-11-2017, 15:15
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}