Böyük əməliyyat: “mafiya babaları” həbs edildi

Əməliyyatlar Baden-Württemberg, Bavyera, Şimali Reyn Vestfaliya və Hesse şəhərlərində keçirilib

Alman polisi ölkənin dörd bir tərəfində mafiya qruplaşmalarına qarşı geniş əməliyyat keçirib. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, əməliyyat zamanı 11 şübhəli şəxs həbs edilib. Onların hamısı İtaliya vətəndaşlarıdır.


Məlumata görə, tutulan şəxslər ən qısa zamanda İtaliyaya ekstradisiya olunacaqlar. Şübhəlilərin yaşı 36 ilə 61 arasında dəyişir.

Qeyd edək ki, həbs edilən şəxslərlə bağlı Avropa İttifaqı nəzdində axtarış əmri çıxarılmışdı.

Mövzu ilə bağlı Mafiya ilə Mübarizə Komitəsinin üzvü Laura Qaravini açıqlama verib.

"Almaniyada qanunlar illərdir cinayətkarlara qarşı yumşaq davrandı. Ancaq son aylar bu istiqamətdə ciddi addımlar atıldı. Və bu, məmnuniyyətlə qarşılandı. Mütəşəkkil cinayətkar dəstələr Avropanın dörd bir tərəfində aktiv rol oynayır. Çoxlu qazanc əldə etməyin mümkün olduğu, çirkli pulların asanlıqla yuyula biləcəyi ölkələri seçirlər. Almaniya da onlar üçün ən münasib yerdir" — Laura Qaravini bildirib.

Əməliyyatlar Baden-Württemberg, Bavyera, Şimali Reyn Vestfaliya və Hesse şəhərlərində keçirilib.



Tarix: 12-01-2018, 09:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}