Keyfiyyətsiz kərə yağı problemi davam edir

Keyfiyyətsiz kərə yağı problemi davam edir
Qiymətin artması onunla nəticələndi ki, oliqarx məmurlar ucuz yag və piylərdən alınmış qatqını kərə yağı adı ilə əhaliyə satırlar. Bu məhsullar bir çox xoşagəlməz sürprizlərlə doludur.

“Təəssüflər olsun ki, bu vacib məhsulun yerli istehsalında ölkəyə idxal edilən ucuz yag və piylərdən istifadə edir, daha əlçatan qiymətə əhaliyə təklif edirlər, – deyə kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Turan-a bildirib.- 1 kiloqram (82,5 faizlik) kərə yağının istehsalı üçün 23 litr inək südündən (3,6 %-li) istifadə olunur. Bu, mənfəətsizdir. Azərbaycan şəraitində kərə yağı istehsalı çox baha başa gəlir, xammal istehsalı, daşınması, emalı və digər xərclər nəzərə alanda 1 kiloqram əsl kərə yağının bazarda qiyməti ən azı 18-20 manat olmalıdır. Digər ölkələrdə, xüsusən Avropada istehsal olunan kərə yağının xərcinin 50 faizini hökumət öz üzərinə götürür, sahibkara dotasiya, subsidiya verir. Bizim ölkədə süd, yağ istehsalçıları üçün güzəştlər, subsidiya nəzərdə tutulmayıb. Ona görə də işbazlar ucuz bitki yağlarını, heyvan piyini, marqarini qarışdırıb əldə olunan surroqatı əhaliyə kərə yağı kimi təklif edirlər. Həmçinin idxal olunan ucuz kərə yağlarının da keyfiyyəti şübhəlidir”.


Siam.az
Tarix: 19-01-2018, 18:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}