200 manatlığın "xeyri"- İqtisadçı sadaladı


"İri nominallı banknotların dövriyyəyə buraxılması səhvdir, nağdsız ödənişlərin stimullaşdırılmasına zərbədir, "kölgə iqtisadiyatına" köməkdir, korrupsiyanın daha da artmasına, inflyasiyanın sürətlənməsinə stimuldur".

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Nazim Bəydəmirli son günlər müzakirə olunan 200 manatlıq əskinazın dövriyyəyə buraxılmasına münasibət bildirərkən deyib.


"Yeganə xeyri ciblərində çox pul gəzdirənlərə, yastıq altına pul yığanlara, ora -bura rüşvət daşıyanlara, pul sayanlara iki dəfə az həcmli vasitələr lazım olmasıdır. Yeganə səbəb Mərkəzi Bankın və ya başqa bir qurumun PR kompaniyası aparmaq istəyinin reallaşdırılmasıdır",-deyə N.Bəydəmirli qeyd edib .

Vilayət Muxtar

Tarix: 23-05-2018, 22:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}