Bir həftəyə 1 dollar 5 lirəyə, 24 iyun seçkilərindən sonra isə 10 lirəyə qalxa bilər


Bir həftəyə 1 dollar 5 lirəyə, 24 iyun seçkilərindən sonra isə 10 lirəyə qalxacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyəyə qarşı kəskin mövqeyi ilə seçilən “Amerikan Enterprayz” analitik mərkəzinin tədqiqatçısı Maykl Rubin Tvitter hesabında yazıb.

M.Rubin açıq şəkildə qeyd etməsə də, valyuta bazarında baş verən çalxalanmanın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı iqtidardan uzaqlaşdırmağa yönəlik provokasiya olduğuna eyham vurub.

Qeyd edək ki, hazırda 1 ABŞ dolları 4,84 türk lirəsinə bərabərdir.

Tarix: 24-05-2018, 09:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}