“Qazprom” Türkiyə hökuməti ilə protokol imzaladı –“Türk axını”nın 2-ci xəttinin inşasına dair



Rusiyanın “Qazprom” neft-qaz şirkəti və Türkiyə hökuməti Avropaya çəkilən “Türk axını” qaz borusunun 2-ci xəttinin qurudan keçəcək hissəsinin inşasına dair protokol imzalayıblar, inşanın şərtləri və parametrlərini müəyyənləşdiriblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya şirkətinin məlumatında bildirilir.

“Qazprom” qeyd edir ki, sənədlərin imzalanması layihənin reallaşdırılması üzrə praktiki addımlara keçməyə imkan yaradır.

Borunun 2-ci xəttinin quru hissəsinin inşası paritet əsaslarla yaradılacaq “TurkAkim Gaz Tasima A.S.” birgə layihə şirkəti tərəfindən həyata keçiriləcək.

Tarix: 27-05-2018, 09:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}