Qiymət artımında Xaos

  Son illərdə həyatımızın və məşətimizin bütün sahələrində sürətli qiymət artımı müşahidə olmaqdadır.Bazar iqtisadiyyatı şəraitində yaşadığimizı iddia edən dövlət rəsmiləri qiymətlərin liberallaşdığını əsas gətirmək ,dövlətin bazar qimətlərinə müdaxiləsini düzgün hesab etmirlər.Yəni .kim nəyi ,necə ,neciyə satır ,özü bilır.Hökumətin bu mövqeyindən yararlanan bəsi işbazlar da xalqın son qəpiyini əlindən almaq ücün ölkədə qiymət xaosu yaratmaqdadırlar.Bunu da belə əsaslandırlar ki,dünyada neftin qiyməti kəskin ucuzlaşır ,dolların kursu bahalaşır.Hər zaman çox nikbin görünən və sualları özünəməxsus ironiya ilə cavablandıran əlahəzrətlərimizə deyən yoxdur ki.dünyada artan qiymətlər səviyyəsində insanların maaş və müavinətləri də normal faizlə artır və bu hal onlar üçün faciə deyil,.hökumətimiz olkədə qiymətlərin Avropa standartlarına uyğ -unlaşdırmaqdan dəm vurur
.Biləsuvar rayonunda yaşayan vətəndaşlar söhbət əsasında vurğuladılar ki,aldıqları maaş və müavinətlər komunal xərclərin və bəzi yəni ölməmək ücün alınan ərzaq məhsulların çörəyin alınmasına güclə catır.İldə bir dəfə 10 faiz cıvarında artan infilyasiya belə ödəmir. Sözdə guya ki.insanlarin yaşam səviyyəsi artır,əslində vətəndaş yarıac,yarıtox dolanmaq məcburiyyətindədir.Neft- qaz ölkəsi olan Azərbaycanda vətəndaşlara satılan 1kvt-saat elektrik enerjisinin qiyməti hesablanmış limit həddini aşmamaq şərti ilə 6 qəpik,1kub qazın qiyməti 10 qəpik olduğu halda,Ukraniya kimi enerji idxalından aslı olan bir olkədə müharibə şəraitində yaşasalarda olkə əhalisi ücün qaz=işıq,.Azərbaycandan 3-4 dəfə ucuz .Bu ölkədə əhalinin elektrik enerjisinə çəkdiyi xərcləri o qədər ucuzdur ki,hətta böyük dotasiyaların ayrıldığı qonşu ölkələr onunla rəqabətə davam gətirə bilmir.Nəticədə,Sadə Azərbaycan vətandaşları normal qaydada elektrik enerjsinən nə də qazdan lazımı səviyyədə istifadə edə bilmir,hər ay küllü miqdarda borca düşür. Haşiyə:”İstər qış,istərsə də payız aylarında elektrik enerjisinin verilməmsində vaxtaşırı qəzaların baş verməsi nəticəsində ,məhdudiyyətlər yaranır.Uzağa getməyək .Bizim Biləsuvar rayonunda daha kritik həddə catmışdır.Rayon və onun kənd qəsəbərərində elektrik xətləri, transfomat- orlar,ayrıcılar sovet dönəmindən qalmış istismar müddəti yararsız vəziyyətdə olan avadanlıqlar istifadə olunur.Gələn qonqaqlara göstərmək ücün yol kənarlarındakı elektrik dirəklərini yeniləməklə və ən əsası Azərişığın Biləsuvar rayon şöbəsinə inzibatı idarə binası yox SARAY tikilib.Rayondaki qaz xətləri təxminən 1976c ildən qalmadır.Xüsisilə Xırmandalı kəndində daha betər gündədir
Əhalinin maddi durumu ağırlaşdıqca,ölkədə qiymətlər daha da sərtləşdirilir Biləsuvar rayonunda söhbətləşdiyim insanlar vurğulayır ki,olkənin inkişafı,tikilən supermarketlər apteklər ,villalar,göydələnlər,park meydancalar birovuc məmurun şəxsi biznes obyektidir.Sadə insanlar ücün hec bir maraq kəsb etmir,.İnsanlarin normal yaşaması isə maddi təminatın səviyyəsi ilə.. .Yaxşı deyiblər “BƏYƏ rəyyətinə görə qiymət verilər”. Bizdə isə bütün bu meyarlar pozulub .Nədənsə ölkə inkişaf etdikcə dollar bahalaşdıqca yalnız məmurlar “kökəlir”,sadə insanların yaşam səviyyəsi aşağı düşür Baxın,kənd təsarüfatı ilə məşqul olan Biləsuvar rayon bazarında mal ətinin bir kq 11-12manat.qoyun əti 12-13manat,meyvələrin də əksəriyyəti etiketi üstündə geni dəyişdirilmiş xarici mallar... Əhalinin əsas hissəsi “ölüm-dirim”uğrunda mübarizə aparır. Bəzilərinin hədsiz zəngin (şübhəsiz ki,haram yolla),milyonların isə qəpik-quruşa möhtac olmasl,Azərbaycan xalqının taleyinə yazılıb.Necə ki,ibtidai icma,qurldarlıq və feodalizm qurluşu kimi təsnifləşdirilən dövrlərdə,yaxşı yaşamaq hər kəsin haqqıdır şuarının irəli sürülməsi ,ağla belə gələ bilməzdi.Xüsusilə kənd təsarrüfatı ilə məşğul olan kənd əhalisinin.Aqillər deyir ki,”Torpaqların taleyi insanların taleyidir”Cünki insanlar durmadan ,dayanmadan usanmadan torpağı yoğurur,nəsə əldə edə bilməyəndə haqq-ədalət əlini üzür.Saya salınmayan kəndçi kimin nə işlə məşğul olduğunu yaxşı bilir Bilir ki şişən məmurlar rahat kresloda oturub,bir stəkan pürrəngi cayı beş saata icir.Onu da bilir ki,kəndçinin beş aya qazandığı pulu,həmin məmurlar bir axşam yeyib-içməyə xərcləyir.O bunu da bilir.Bizim Biləsuvar rayonunda bu hallar daha dərin kök salıb.Demək olar ki.rayon rəhbərlərinin əsas hissəsi dövlətin ehtiyat fondunun torpaq sahələrini özünküləşdirib.Qanunsuz yollarla ələ kecirdiyi torpaq sahələrinin təyinatını dəyişib balıq yetişdimə süni göllər yaradıb ,yaxınlıqdakı əkin sahələrinə maddi ziyan vurmaqla yanaşi qonşu torpaq sahələrini qıssa müddətdə şoranlaşdırır.Məmurlarin cəzasızlıq şəraitində olduğunu hiss edən harınlaşan məmur meşə zolaqlarında süni balıq yetişdirmə gölləri yaradıb,evlər tikilib.Biləsuvar rayonun Xırmandalı kənd ərazisi Mahmudcala deyilən ərazilərin əsas hissəsi qeyri leqal yollarla süni balıq yetişdirmə göllərinə cevirilib.Dərəbəylik o yerə catıb ki ,uzaq rayonlardan gəlib balıq yetişdirmə gölləri yaradıb.Qanunsuz sahibkarlıq,torpaqları zəbt etmə,belələrinə”krişalıq”icra hakimiyyətinin məmurlar ı havadarlıq edir”,gözün üstə qaşın” var deyən yoxdur və burda yetişdirilən balığın bir kq 5-6 manata satıllır.Demək olar ki torpaqlar əsil sahibinin əlindən alınıb.Belə bir şəraitdə kənd təsarrüfatı neçə inkişaf edə bilər? Nəticə, bir bağlama yonca otu
beş manata yaxın satılır və s. Bu konteksdə baş alıb gedən manapoliya,süni qiymət artımı bizi hara aparır?Məncə,Azərbaycandakı bu avtoritar idarəçiliyin ərəb olkələrdən fərqləndirən həm də zəyif salan ən əsas əlamətidir. Belə bir zamanda milləti kor hesab edi,ölkə kanallarında bəd əməlləri inkişaf kimi təqdim etmək ,analoqu olmayan inkişafın acı meyvələri deyilmi?Görəsən hansı ölkədə belə rusvaycılıq var?! Subut:Biləsuvar rayonunda iş yerləri də yalnız,yalnız icra məmurları və onların yaxınları üçündür.Rayonda ticarət mərkəzləri ,dükan bazrlar məmurların əlinin altındadır.Ümumiyyətlə,gözə dəyən nə varsa məmurrlarındır,başqa cür ola da bilməz.Qaldı qara işlərə...,bu işlərlə sadə vətandşlar məşğul olur,gördüyü işin haqqını ala biləcəyi isə sual altındadır.Bu söylənənlər hakimiyyət telekanallarında heç deyilərmi? Bu səbəbdən də hakimiyyət telekanallarına hec düz əməlli baxan da yoxdur. Olkəmizdəki iqtisadiyyatın bu kökə salınmasının səbəblərinə aydınlıq gətirmək ücün təcrübəli iqtisadçılarla söhbətdən aydın olur ki,ölkədə liberal iqtisadiyyatın təməl prinsiplərindən biri olan mülkiyyət toxunulmazlığı ilə bağlı ciddi problemlər var.Məsələn ,digər ölkələrdə o cümlədən Gürcüstanda rəsmi qaydada qeydiyyatdan keçən və dövlət vergi orqanları tərəfindən etiraf olunan milyoncular var.Azərbaycanda isə belə hal müşahidə olunmur(əlbəttə üzdə; əslində qeyri-leqal yollarla milyonlar toplayanların sayı ərəb ölkələrindən qat-qat çoxdur Azərbaycanda)Bu detal bir daha göstərir ki,ölkə iqtisadiyyatı çirkab icərisindədir.Üstəlik,məsələ təkcə bununla bitmir.Azərbaycan iqtisadiyyatına bələd olan müşahidəçilər onu məmur kapitalizmi kimi səciyyələndirirlər.Ölkə iqtisadiyyatı məmurların fəal müdaxiləsinə maraqlar baxmından məruz qalır.Nəticədə,əhəmiyyət kəsb edən orta təbəqənin formalaşmasına əsla fikir verilmir.Bunun bariz nəticəsidir ki,iqtisadiyyatın üç mühüm problemi yaranır;korrupsiya,inflyasiya və inhisarclıq. Bəli,ölkədə höküm sürən qiymət artımı və xaosu davam edir.Nazirlər və hökumətin bəzi təmsilçiləri isə bunu normal hesab edirlər.Bu,səbəbsiz deyil,çünki,qiymət artımı onların maraq dairəsini əhatə edir,əksinə milləti,sərvətləri talamaqla öz güzaranını öz istədikləri kimi quran məmurların nə vecinə ki,millət necə yaşayır.M.Ə.Sabir babamızın təbirincə; Millət necə tarac olur-olsun nə işim var, Düşmənlərə möhtac olur-olsun nə işim var....
Onlar üçün ən əsası,bu təminatı onlar verən hakimi yyəti hətta sadə insanların” gözündən”salmaq”,dükan toz olanda” ailəsi ilə xarici ölkələrin birində yaşamaqdan belə cəkinmirlər.Təki onlar yaxşı yaşasın... Məgər analoqu olmayan inkişaf budur?İnkişaf nəticəsində çayxanalda bekarçılıqdan vaxt öldürən ,ömrünün ən gözəl çağlarını işsizlikdən nərdtaxta,domino oynamaqla keçirən binəva insanlar həyatını beləcə puça cıxarır.Əgər bu inkişafdirsa,kimə belə inkişaf lazımdır?Məncə millət bu yalançı inkişfdan cana doyub,cənablar...!Tərsinə inkişaf olarmı?Məncə, zamanında bu suallara cavab tapılacaq,İnşallah!. Əlizadə Nəhmədağaoğlu.
Tarix: 27-05-2018, 15:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}