Yanacaq bazarında bahalaşma təlatümü?


İlham Şaban: “Ehtiyatda benzin təminatımız var”

Azərbaycanda  “Ai-92” markalı benzinin bahalaşacağı ilə bağlı məlumatlat dolaşır. Hətta rəsmilər və milət vəkilləri də bahalaşmanın olacağını istisna etmirlər. Məlumat üçün bildirək ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu oktyabr ayında əsaslı təmirə dayandırılacaq. Zavodun təmirə bağlanması zamanı “Ai-92” markalı benzinin də istehsalı dayanacaq. Bu zaman mövcud benzin ehtiyatlarından istifadə olunacaq. Rəsmilərin bildirdiyinə görə, Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalın dayandırılması zamanı daxildə "Ai-92" markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək. İdxalla bağlı da sazişin isə gələn ay imzalanacağı bildirilir. 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədovun sözlərinə görə, indiki halda hansı həcmdə "Ai-92" markalı benzinə tələbat olacağını müəyyən etmək çətindir. O, deyib ki, benzin istehlakı may ayı göstəricisi ilə eyni olarsa, o zaman yaradılan ehtiyatlar kifayət edəcək, idxala ehtiyac yaranmayacaq. Lakin tələbat may göstəricilərini üstələyərsə, bu markalı benzin idxal ediləcək. 

Məsələ ilə bağlı  fikirlər heç də birmənalı deyil. Amma sözügedən səbəblə əlaqədar benzin idxalı baş verdiyi təqdirdə  “Ai-92 ” markalı benzinin qiymətində artımın  olması istisna

olunmur. Daha doğrusu, bahalaşma olacağı təqdirdə hökumət məsələni tənzimləyə bilər. Amma yenə də qiymət artımı gözləniləndir. 

Qeyd edək ki, ötən həftə ərzində Rusiyada benzinin pərakəndə satış qiymətlərində ciddi artım baş verib. Belə ki, “Aİ-92”  marka benzin 90 qəpik bahalaşaraq 42,21 rubla, “Aİ-95” marka benzin isə 88 qəpik bahalaşaraq 45,5 rubla çatıb. Dizel yanacağının da qiymətində 88 qəpiklik artım baş verib və litri 45,5 rubla satılmağa başlayıb. Bahalaşmanın əsas səbəbi kimi satıcıların əllərində olan ucuz məhsulun tükənməsi göstərilir. Belə ki, neftin dünya bazar qiymətinin artması ilə bağlı son həftələrə benzin istehsal edənlər topdansatış qiymətlərini yüksəldiblər.

Bu mənada, sözügedən məsələdə müvəqqəti zaman çərçivəsində benzin ehtiyatı bitsə və Rusiyadan idxal reallaşsa, demək  benzinin satış qiymətlərində ciddi artımın baş verməsi mümkündür. 

Məsələ ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Cebhe.info-ya açıqlamasında deyib ki, Neftayırma zavodlarının cari təmirə dayanması bütün dünyada ildə 1 dəfə baş verir:

“Hesab edin ki, hər 5 min km-dən bir avtomobilləri aparıb yağını və filtrlərini dəyişirsiniz. Bu da həmin prosesdir, təqribən 20-25 gün çəkir, baxır kim zavodu necə istismar edib. Bundan əlavə,  Azərbaycanda neft məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənir.  2014-cü ilin 1 aprelindən isə yüksək oktanlı benzinlərin qiyməti bu kateqoriyadan çıxarılsa da, orada kartel sazişi tətbiq edilir . Yəni, eyni gündə eyni saatda bazar iştirakçıları eyni qiyməti tətbiq edirlər. Bu məsələdə qeyri-adi bir şey yoxdur. Ajiortaj yaratmağa da ehtiyac yoxdur. Ehtiyatda benzin təminatımız da var. Müstəqilliyimiz zamanı hər ili yanacaq istehsal edən Neft Emalı Zavodu təmirə dayanır, məgər onda benzin qiymətləri ilə məsələ gündəmə gəlib? Düzdür, deyə bilərsiniz ki, axı o zamanlar biz benzin ixracatçısı idik, indi isə idxal edirik. Bəli, ancaq bir məsələ var ki, o zaman Azərbaycanda heç yarım milyon maşın yox idi, indi 1,3 milyona çatıb. İstehlak daxili bazarda artanda əlbəttdə ixrac üçün də həcmlər qalmayacaq. Keyfiyyət amilini hələ nəzərə almırıq və rəqabəti də kənara qoyuruq”.

Ekspertin sözlərinə görə, son 2 ildə Neft Emalı Zavodunun cari təmiri onun modernizasiyası ilə paralel aparıldığından müddəti bir qədər uzanır:

“ Ona görə də anbarlarda yığılan ehtiyat heç də yerli tələbatı ödəmir. Adətən avqust ayında Nazirlər Kabineti sərəncam verərək müəyyən limitlənmiş dövrdə Ai-92 markalı benzinin idxal vergilərini sıfırlayır. Bu ona görə edilir ki, daxili bazarda həmin marka neft məhsulunun satış qiyməti Neft Emalı Zavodunun fəaliyyətini bərpa edənə qədər artmasın”.(Cebhe.info)


Tarix: 1-06-2018, 21:58
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}