“Qazprom”un aktivlərinə həbs qoyuldu: 2,6 milyardlıq BORC


Hollandiya məhkəməsi Rusiyanın “Qazprom” şirkətinin bu ölkədəki aktivlərinə həbs qoyub. Buna səbəb Ukraynanın “Naftoqaz” şirkətinə 2,6 milyard dollar borcdur. 

Cebhe.info xəbər verir ki,“Naftoqaz” şirkəti bununla bağlı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, “Naftoqaz” ötən həftə “Qazprom” və “Qazprom”un törəmə şirkətlərinin Hollandiyadakı aktivlərinə həbs qoyulması ilə bağlı məhkəməyə müraciət edib. “Qazprom”un 6 törəmə şirkəti məhkəmə ilə əməkdaşlıqdan imtina edib. Ancaq məhkəmə aktivlərə həbs qoyulması barədə qərar verib. 

Bundan başqa  İsveçrə məhkəməsi də “Qazprom”un “Şimal axını” və “Şimal axını-2” kəmərlərindəki payının dondurulmasına çalışır. Rusiya tərəfi beynəlxalq məhkəmənin qərarını tanımır, Stokholm Arbitraj Məhkəməsinin qərarını mübahisələndirmək niyyətindədir. 

“Gazprom International” şirkətinin ofisi Amsterdamda yerləşir və şirkəti beynəlxalq layihələrdə təmsil edir. 


Tarix: 5-06-2018, 14:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}