“KREDİT FAİZLƏRİ ÇOX YÜKSƏKDİR, BUNUN ÜÇÜN… ” – Elman Rüstəmov

 Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov brifinq keçirib.2018-ci ilin ötən dövrü ilə bağlı durumu və ilin sonuna olan proqnozlardan danışıb.O bildirib ki, 2018-ci ilin sonuna olan proqnoza görə, iqtisadiyyatın inkişafı davam edəcək: “Monetar şəraitin yumşaldılması haqqında qərar qəbul etmişik.
Pul bazasına artıcı təsir göstərən əməliyyatlar keçirmişik. Əmanətlərin dollarlaşması azalıb. İnflyasiya risklərini nəzərə almaqla faiz dəhlizi parametlərinə dair avqust ayında qərarlar verəcəyik.
Kredit faizləri ilə bağlı situasiya mürəkkəbdir, bu faiz dərəcləri bütövlükdə çox yüksəkdir. Bunun səbəbini təkcə makroiqtisadi səbəblərdə yox, digər amillərdə axtarmaq lazımdır. Bir səbəb də budur ki, kreditlərə tələbat böyükdür. Həmçinin bankların risklərini də nəzərə almaq lazımdır. Bu risklərin yumşaldılması istiqamətində addımlar atmalıyıq. Yaxın gələcəkdə kredit faizlərinin aşağı salınması, bazar tərəfindən təklif edilən ipoteka faizlərin bir dərəcədə olmasını görəcəyik. Amma bunun üçün çoxlu işlər görməliyik”.
“Cari ildə tədiyyə balansının göstəricilərinin yaxşılaşması davam edib. Tədiyyə balansının profisitinin ÜDM-də payı 15,4% səviyyəsində olub” deyə Elman Rüstəmov məlumat verib.
“Bu ilin ilk 5 ayında ticarət balansının müsbət saldosu illik müqayisədə 2,1 dəfə artıb. Xidmətlər balansının kəsiri illik müqayisədə 2 dəfədən çox azalıb, turizm xidmətləri baansında müsbət saldo qorunub. Bunlar da xarici valyuta daxilolmalrının artmasına müsbət təsir göstərib. Strateji valyta ehtiyatları artmağa davam edir. Tədiyyə balansının bu ilin sonuna əlverişli səviyyədə qalacağı gözlənilir”, – deyə o, qeyd edib.
Onun sözlərinə görə, real sektorun monitorinqi də iqtisadi aktivliyin yüksəldiyini göstərir: “2018-ci ilin sonuna iqtiasadi aktivlik davam edəcək”.
Tarix: 14-06-2018, 14:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}