Qarabağ, Zəngəzur dəhlizi - ABŞ-ın yoxsa Rusiyanın istəyi reallaşacaq? Lavrovun məqsədi?


“Azərbaycanın siyasi müstəvidə müharibəsi davam edir. Prezident İlham Əliyevin Zəngilan səfəri bir çox vacib məqamlardan xəbər verir. Aprelin 22-sində Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin icrası barədə danışarkən "Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik" deyə bildirdi.
İlham Əliyevin bu açıqlamasından sonra Zəngilana səfəri Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın bir mənalı mövqeyinin göstəricisidir. Heç kimə gizli deyil ki, Azərbaycan prezidentinin açıqlamaları dünya siyasi elitası və ictimaiyyəti tərəfindən bir mənalı qəbul edilir. Zəngəzur dəhlizinin açılması eyni zamanda Çin də daxil olmaqla əksər dünya ölkələrinin maraqlarına uyğundur. Rusiya da bu dəhlizin açılmasında olduqca maraqlı tərəfdir. 10 noyabr 2020-ci il Bəyannaməsinin əsas sərtlərindən biri də Zəngəzur və Laçın dəhlizi ilə bağlıdır. Bəyannamənin hər hansı bir bəndinin icra edilməməsi hüquqi cəhətdən həmin sənədin hüquqi qüvvəsinin itirilməsinə gətirir. Bu isə o deməkdir ki, həmin Bəyannaməyə əsasən Azərbaycanın Qarabağ bölgəsində yeridilmiş rus sülhməramlıları da qüvvədən düşmüş həmin bəyannaməyə görə bölgəni tərk etməlidir. Rusiya isə nəyin bahasına olursa olsun Zəngəzur dəhlizinin açılmasını həyata keçirməlidir ki, 10 noyabr Bəyannaməsi qüvvədə qalsın. Bu həmdə o deməkdir ki, Zəngəzur dəhlizi açılmazsa, təbii ki, Laçın dəhlizi də bağlanacaq. Rusiyanın məsuliyyət zonasından erməni hərbi birləşmələrinin çıxarılması prosesinə başlanılması həmin 10 noyabr Bəyannaməsinin ən vacib şərtidir hansı ki, 28 apreldən həyata keçirilməyə başlanılıb. Eyni zamanda da Rusiya Ermənistanla quru əlaqəsi əldə etdiyindən Zəngəzur dəhlizinin açılmasında təbii ki, maraqlı tərəfdir.”
Siam.az bildirir ki,bunu hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov Rusiya XİN Serqey Lavrovun İrəvana və bakıya gözlənilən səfərini müzakirə edərkən deyib. Vüqar Dadaşov qeyd edib:
“Zəngəzur dəhlizinin açılışından sonra həm Ermənistanda, həmdə Azərbaycanda təhlükəsiz hərəkətin təmin edilməsi, infrastrukturun qorunması baxımından Rusiyanın regionda mövcudluğuna şərait yaradır. Nəzərə alsaq ki, Rusiyanın elə özünün iki xalq arasında yaydığı nifrətin üzülməsi üçün xeyli zaman lazım olacaq və o dövrə də Rusiyanın regionda mövcudluğu bir siyasi tələbata çevriləcək. Rusiyanın digər dövlətlə əvəzlənməsi məsələsi isə həyata yaşarlı deyil, bu əsasən erməni faktoruna söykənən məsələdir.
Ermənistanda da Zəngəzur dəhlizini ermənilər üçün nəfəs yolu kimi qiymətləndirən və bu dəhlizin açılışını Ermənistan iqtisadiyyatının inkişafının katalizatoru kimi dəyərləndirənlər də
çoxdur. Ən vacib məsələ isə, erməni cəmiyyətində Ermənistanın faktiki “formal müstəqilliyin” mövcudluğunun dilə gətirilməsini milli qürura ləkə kimi görənlər Paşinyan siyasətində Ermənistanın Rusiyadan real müstəqilliyini qazanacağına ümid edirlər. 44 günlük müharibədə Ermənistanın Azərbaycan qarşısında ağır məğlubiyyət fonunda Paşinyanın hakimiyyətdə qalması və hətta Rusiyanın “İsgəndər biabırçılığı”nı ifşa edən Paşınyana qarşı dövlət çevrilişinin uğursuzluğu onu deməyə əsas verir ki, erməni cəmiyyəti Paşinyanın siyasətini dəstəkləyir və çox güman ki, Paşinyanın təyin etdiyi növbədənkənar seçkidə də onun qələbəsini görəcəyik.
Paşinyan siyasətinin görünən əsas xətti Rusiya zəncirindən qopmaq və faktiki suverenliyini əldə etməkdir. O ki, qaldı ABŞ prezidenti Co Baydenin məlum “soyqırım” ifadəsinə, heç bir hüquqi və siyasi qüvvəsi olmayan bu ifadə Ermənistana gözlənilən effekti vermədi əksinə, Ermənistanı ABŞ-a “soyqırım” ifadəsinə görə borlu vəziyyətə gətirdi. Yeri gəlmişkən Baydenin “soyqırım” ifadəsini səsləndirmədən öncə Türkiyə prezidenti Ərdoğan zəng etməsi və bu barədə məlumat verməsi Ermənistanda və ümumən dünya ermənilərində Baydenə qarşı “satqın” baxışı yaradıb. Ardınca isə ABŞ-ın Azərbaycana tətbiq etdiyi “907” saylı düzəlişin dondurulması ABŞ-ın Azərbaycana yeni xüsusi maraqlarının varlığından xəbər verir. Düzdür ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil, ancaq Türkiyə və Azərbaycanın ABŞ üçün önəmi fonunda ABŞ-ın Zəngəzur dəhlizinin açılışına güclü mane olacağı inandırıcı deyil.
Yaxın zamanlarda Rusiya xarici işlər naziri Lavrovun gözlənilən İrəvan və Bakı səfəri əsl həqiqətdə ABŞ regiona marağının artmasından irəli gəlir. ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevə zəng etməsi və Qarabağla bağlı post müharibə dövrünə aid səmimi müzakirəsi, ardınca ABŞ Dövlət katibinin köməkçisinin müavini Corc Kentin Dağlıq Qarabağdakı sülhməramlıların fəaliyyətini tənqid etməsini Azərbaycanın maraqlarına uyğun və qaneedici mövqedir. Ancaq Rusiya Qarabağ məsələsinin tam həllinə hər bir vəchlə mane olmağa çalışır. Elə Aprelin 26-da Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı, danışıqlarda Qarabağla bağlı “münaqişənin həlli” kimi ifadələrin işlədilməsi və yeni “təşəbbüslərin” səsləndirilməsi sözsüz ki, Qarabağ konfliktin dirilməsinə, nəticədə Rusiya və Fransa üçün yeni təsir imkanlarının yaradılması hesablanmışdır. Bilirik ki, post sovet respublikaları ərazisində konfliktlərin mövcudluğu ABŞ-ın ora oturuşlu girişinə əngəlləyir, Rusiyanın isə regiona daimi təsirin qoruyub saxlayır. Odur ki, Rusiyanın, Fransanın Qarabağa dair “təmasları” Azərbaycan dövlətinin maraqlarına və prezident İlham Əliyevin müharibənin yekununa dair elan etdiyi “münaqişə bitib” mövqeyinə qarşıdır. Buna görə də Lavrovun İrəvana və Bakıya səfəri həm İrəvan üçün həmdə Bakı üçün yaxşı heç nə vəd etmir. Lavrov İrəvana ona görə gedir ki, İrəvan Bakıya qarşı Rusiyaya sərf edən daha sərt mövqe göstərsin.
Artıq gizlədiləsi faktda deyil ki, Ermənistanda Paşinyan hakimiyyəti ümumiyyətlə “Qarabağ yükündən” azad olmaq istəyir, Türkiyə və Bakı ilə həm iqtisadi, həmdə siyasi əlaqələrə çox maraqlıdır. Məhz bu səbəbdən də (əvvəlki yazılarımda qeyd etdiyim kimi) Rusiya ümumən Ermənistanın özünə yox məhz Qarabağdakı separatçı rejimə “stavka” edir.”
Siam.az
Tarix: 1-05-2021, 14:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}