“Həmin məmurların bizneslərinin idarə olunmasına xarici ölkələrdən mütəxəssislər cəlb olunur...”


“Həmin məmurların bizneslərinin idarə olunmasına xarici ölkələrdən mütəxəssislər cəlb olunur...”
“Biz illərdir deyirik ki, ölkədə məmur kapitalizmi var. Ümumiyyətlə, o şəxslər vəzifəyə təyin ediləndən sonra biznesini genişləndirməyə çalışır. Əgər biznesi yoxdursa, gedib biznes sahələri ilə məşğul olur”
 
Bunu Moderator.az-a açıqlamasında hüquq müdafiəçisi Əliməmməd Nuriyev deyib. Ə.Nuriyev məmurlara bu sahədə istiqamət verən mütəxəssislərin də olduğunu bildirib:
 
“Biz illərdir deyirik ki, ölkədə məmur kapitalizmi var. Ümumiyyətlə, o şəxslər vəzifəyə təyin ediləndən sonra biznesini genişləndirməyə çalışır. Əgər biznesi yoxdursa, gedib biznes sahələri ilə məşğul olur. Onun vəzifəsi isə həmin biznesin təhlükəsizliyini təmin etməyə yönəlir. Bir çoxları isə bunu böyük qabiliyyət sayəsində əldə etmirlər. Onların əksəriyyəti inzibati resurslar və korrupsiya nəticəsində əldə edilmiş vəsaitlər hesabına bunu qurur. Bununla yanaşı, sahibkarların əmlakına əl qoymaqla bu biznesə nail olurlar. Məmurların bir çoxlarının himayə etdiyi şəxslər onların biznesini inkişaf etdirir. Əlbəttə ki, burda bəziləri daha ağıllı olur, müdrik tərpənib yaxşı menecerlər tapırlar. Çünki vəsait, imkanlar var və bununla da işlərini qururlar. Hətta bir çox hallarda həmin məmurların bizneslərinin idarə olunmasına qardaş Türkiyədən və Avropa ölkələrindən mütəxəsisslər cəlb olunurlar. Bizim rayonların əksəriyyəti kənd təsərrüfatı rayonlarıdır. Orda vətəndaşların paybəlli torpaqları var. Məmurları onları da vətəndaşlardan alıb özləri istifadə etməyə başlayırlar”. 

Tarix: 4-05-2021, 18:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}