“Delta” qorxusu dünyanı cənginə alır: virusun yeni variantına uşaqlar yoluxur?


“Delta” qorxusu dünyanı cənginə alır: virusun yeni variantına uşaqlar yoluxur?
Koronavirusun bu variantının uşaqlar üzərində daha təsirli ola biləcəyi açıqlanıb
 
Dünyada peyvəndlənmə prosesi sürətləndirilsə də, koronavirusun Hindistan mənşəli “Delta” variantı dünyanı qorxutmağa davam edir.
 
AYNA xarici mediaya istinadən xəbər verir ki, koronavirusun Hindistandan yayılmağa başladığı deyilən yeni variantı bu dəfə Avstraliyanın Sidney şəhərində və Bondi ətrafındakı məşhur çimərliklərdə aşkar edilib. Bu səbəblə Sidneyin mərkəzi və çimərliklərin bağlanması qərarı verilib. Xəstəliyin beynəlxalq uçuşdan qayıdan kabin heyətini karantin otelinə apararkən yoluxmuş “Limuzin” sürücüsündən yayıldığı təxmin edilir.
Dünyayı 'delta' korkusu sardı - Dünya Haberleri
Bu variantın göründüyü digər ölkələrdə isə vəziyyət belədir:
 
İsraildə yenidən tibbi maska taxmaq məcburiyyəti tətbiq edilməyə başlanılıb. Peyvənd kampaniyasının ən uğurla həyata keçirildiyi ölkələrdən biri olan İsrail yoluxma sayı artdıqdan sonra qapalı yerlərdə yenidən maska taxmaq məcburiyyətini bərpa edib. Bu qərar dörd gün ərzində yeni yoluxmaların sayının 100-ü keçməsindən sonra qəbul edilib. İsraildə yoluxmanın “Delta” variantına görə yenidən artdığı təxmin edilir. Aktiv xəstə sayı 6 iyunda 216-ya düşən İsraildə son günlərdə bu say 872-yə yüksəlib. Bəzi bölgələrdə xəstəliyin yayılmasının qarşısını almaq üçün karantin elan edilib.
 
Almaniya bir həftə içində koronavirusun yeni variantına yoluxanların sayında iki dəfəyə qədər artım olduğunu açıqlayıb. “Delta” variantının sürətlə yayıldığını əsas gətirərək Sosial Demokrat Partiyası Sağlamlıq Siyasətçisi Karl Lauterbax uşaqların da təcili olaraq peyvənd kampaniyasına cəlb edilməli olduğunu, əks təqdirdə payızda böyük bir problem yaşanacağını söyləyib.
 
Bir həftə ərzində İngiltərədə 35 mindən çox insanın yeni varianta yoluxması ilə bağlı diaqnoz qoyulduğu açıqlanıb. Bildirilib ki, yoluxanların yüzdə 96-sı “Delta” variantına yoluxub. Ölkədə bu variantının yayılması səbəbi ilə iyunun 21-də keçirilməsi planlaşdırılan dördüncü normallaşma mərhələsi dörd həftə təxirə salınıb.
 
Bu varianta daha çox uşaqlarmı yoluxur?
 
ABŞ, İsrail, İngiltərə və Şotlandiyada aparılan araşdırmalar nəticəsində dünyada dominant növə çevrilmiş koronavirusun “Delta” variantının uşaqlar üzərində daha təsirli ola biləcəyi açıqlanıb. İsraildə bu varianta yoluxanların yarısının uşaqlar olduğu bildirilib. ABŞ-da hər dörd yoluxmadan birinin uşaq olduğu açıqlanıb. Şotlandiyada aparılan araşdırmada “Delta” varinatın daha çox gənc yaş qruplarında rast gəlindiyi, son zamanlarda qeydə alınan koronavirusa yoluxanların 5-12 yaş arası uşaqlar və 18-24 yaş arası gənclər arasında yoluxma sayının 65 yaşdan yuxarı şəxslərdən beş dəfə çox olduğu məlum olub.  
Tarix: 26-06-2021, 23:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}