İki böyük klub aşağı liqaya göndərildi - Fransada


bitmap-img6

Fransa çempionatının güclülər dəstəsində (Liqa 1) çıxış edən iki köklü klub - "Bordo" və "Angers" Liqa 2-yə göndərilib.

Fanat.Az xəbər verir ki, bu qərar maliyyə polisinin (DNCG) klublarda apardığı yoxlamalardan sonra verilib.

"Bordo"nun aşağı liqaya göndərilməsinə səbəb sahibinin klubdan imtinası olub. "Angers" isə sənədlərindəki əksiklik səbəbindən eyni cəzanı alıb.

Hər iki klub qərardan etiraz etməyə hazırlaşır. "Bordo"dan bildirib ki, klub satılmaq üzrədi və maliyyə polisinə lazım olan sənədlər təqdim olunacaq.

"Angers"dən isə bildirib ki, kluba cəza Rayan Nurinin "Vulverhempton"a icarəyə verilməsi zamanı bir sənəd əksikliyi olub və bu sənədi təqdim edəcəklər.

Amma bu etirazlardan sonra qərarların dəyişib-dəyişməyəcəyi bilinmir.

Qeyd edək ki, "Bordo" 2020/21 mövsümünü 12, "Angers" 13-cü pillədə bitirib. 1881-ci ildə yaradılan "Bordo" klubu tarixi ərzində 6 dəfə Fransa çempionluğunu, 4 dəfə ölkə kubokunu, 3 dəfə Liqa Kubokunu qazanıb. 140 yaşlı klub 1995-ci ildə UEFA İntertoto Kubokunun qalibi olub.

1919-cu ildə yaradılan "Angers"in böyük uğurları olmasa da, uzun illər Liqa 1-də çıxış edib.
Tarix: 3-07-2021, 23:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}