Taliban hökuməti Tacikistanı təhdid etdi: “Qarşılığını alacaqlar”

 

“Tacikistan daxili işlərimizə və torpaqlarımıza müdaxilə edir. Bu hərəkətin mütləq bir qarşılığı olacaq”.
 
Ovqat.com xəbər verir ki, bunu Əfqanıstanın Baş nazirinin müavini Molla Əbdülqani Bəradər Axund bəyan edib.
 
Bəradər Axund müdaxilə deyərkən, konkertin nəyi nəzərdə tutduğu bilinmir. Fəqət bəllidir ki, Taliban ölkənin şimal-şərqində yerləşən Pəncşir vilayətində yeni hökumətə üsyan bayrağı qaldıran Əhməd Məsud hərəkatının Tacikistan tərəfindən dəstəkləndiyindən şübhələnir. 
 
Avqust ayında özünü köhnə hakimiyyətin varisi elan edən Əhməd Məsud “Taliban”a qarşı mübarizəyə başlasa da, böyük uğur qazana bilməmiş və Pəncşir vilayətinin mərkəzini tərk etmək məcburiyyətində qalmışdı. Bununla belə Əhməd Məsudun qurduğu Milli Dirəniş Cəbhəsinin tamamilə məhv olduğunu da düşünmək mümkün deyil. Hinduquş dağlarının əhatəsində yer alan Pəncşir vilayətinin tamamına hakim olmaq olduqca çətindir və Taliban özünün 5 illik ilk hakimiyyəti (1996-2001) illərində də bunu bacara bilməmişdi. 
 
Əhməd Məsudun və tərəfdarlarının böyük əksəriyyəti tacikdir. Əfqanıstanın sayca ən böyük etnik azlığı kimi tanınan tacilklər ölkə əhalisinin 27%-ni təşkil edir və hakimiyyətə həmişə iddialı olublar. Onların həqiqətən ən ciddi dəstək aldığı ölkə Tacikistandır. Zaman-zaman “Taliban”lara qarşı olan tacik liderlər təqiblərdən yaxa qurtarmaq üçün Düşənbəyə sığınırlar. Əfqanıstan tacikləri say etibarilə Tacikistan əhalisindən 2 dəfə çoxdur. 14 milyon tacikin Əfqanıstanda, 7 milyonunun isə Tacikistanda yaşadığı bildirilir. 



Tarix: 27-09-2021, 09:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}