AQTA-nın məqsədi nədir? Qurumun əməlləri bəzi suallar doğurmağa başlayıb


Məlum olduğu kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) İran İslam Respublikasın dan gətirilən ərzaqlıq kartof məhsul partiyalarına baxış keçirərək, onların ekspertizadan keçirilməsi və sertifikatların verilməsi prosesini uzadıb. İddia isə bu olub ki, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərkən, yəni qurumun müvafiq laboratoriyasında keçirilən ekspertizanın nəticələrinə görə guya həmin məhsullardan kartof güvəsi aşkar edilib. Hətta daha sonra katrofları gətirən şirkətlərdə yenidən yoxlamalar aparılaraq onların bu məhsulları satdıqları müəyyən edilib və tədbirlər görülüb.
Lakin bəri başdan qeyd edək ki, bu kimi məsələlər yalnız idxal edilən katrof məhsulları ilə bağlı deyil, digər meyvə-tərəvəz məhsulları idxal edən sahibkarlara qarşı da törədilir. Ümumilikdə isə AQTA-nın sözügedən əməlləri bəzi suallar doğurmağa başlayıb. Çünki bu sualların yaranmasına səbəb olan rəvaclar da mövcuddur...
Yoxsa “güvələr” özləri AQTA-nın adını eşidər-eşitməz “yuva” qurduqları katrof məhsullarından qaçıb-gizləniblər?
Məlum olub ki, AQTA katroflarda güvə aşkarladığı məhsulları gətirən şirkətlərə görə bütövlükdə İrandan idxal edilən məhsullara qadağa qoyub və sonradan - yəni bir neçə gün keçdikdən sonra şirkətlərə satış üçün ekspertiza rəyi verilib, buna qədər isə anbarlarda saxlanılan məhsullar keyfiyyətini itirməyə başlayıb. Maraqlıdır, əgər katroflarda “güvə” aşkar edilibsə, sonradan onları gətirən şirlkətlərə satış üçün icazə rəyi hansı səbəbdən verilib? Yoxsa “güvələr” özləri AQTA-nın adını eşidər-eşitməz “yuva” qurduqları katrof məhsullarından qaçıb-gizləniblər? Bəs başqa şirkətlər nəyə görə AQTA-nın hədəfinə tuş gələn şirkətlərə görə ciddi maliyyə itkiləri ilə qarşı-qarşıya qalmaqdadırlar? Yaxud, AQTA heç bir səbəb olmadan digər şirkətlərin məhsullarını hansı məqsədlə və uzun müddət anbarlarda saxladaraq onların keyfiyyətlərinin itirilməsinə, xarab olmalarına, sonradan isə satışa çıxarılaraq şərait yaradır? Ümumiyyətlə, adıçəkilən qurum bu kimi təzadların yaradılması hansı məqsədi daşıyır? 
Ölkə Prezidenti İlham Əliyev dəfələrlə (!) öz çıxış və nitqlərində müvafiq dövlət qurumlarının sahibkarlara qarşı həssas davranmalarını dürüst olmalarını tapşırıb
Bəli, bu məsələdə bilavasitə sahibkarlara qarşı açıq-aşkar qərəz məsələlərini üzə çıxarır. Halbuki, ölkə Prezidenti İlham Əliyev dəfələrlə (!) öz çıxış və nitqlərində müvafiq dövlət qurumlarının sahibkarlara qarşı həssas davranmalarını dürüst olmalarını tapşırıb. Budurmu dövlət başçısının sözlərinə “əməl etmək” görüntüsü? Yaxşı olardı ki, AQTA yuxarıda qeyd edilən suallara cavab verməklə bu kimi məsələlərə aydınlıq gətirsin. Çünki xarici ölkələrdən Azərbaycana gətirilən məhsulların sahibləri - yəni sahibkarlar yalnız öz maddi maraqlarını deyil, həm də ölkəmizin inkişafı maraqlarına xidmət edirlər, bunun isə qarşısını çoxsaylı qərəzli addımlarla almaq heç bir çərçivəyə sığa bilməz. 
Bəs bu ziyanların bədəlini kimlər ödəməlidir?!
Əgər adıçəkilən qurum həqiqətən də qida təhlükəsizliyinin təmin edilməsi üçün fəaliyyət göstərirsə, baş verən çoxsaylı bənzər məsələlərdə sağlam qidaların qeyri-sağlam vəziyyətə düşdüyündən sonra satışa çıxarılmasını anlamaq heç cür mümkün deyil. Bu, həm sahibkarlara vurulan yüzminlərlə maddi ziyan deməkdir. Bəs bu ziyanların bədəlini kimlər ödəməlidir?!
Yeri gəlmişkən, katrof və s. meyvə-tərəvəz məhsulları AQTA-nın nəzarətinə qədər gömrükdən də keçir və gömrük xidməti sahibkarlara qarşı heç bir maneələr törətmir, süni baryerlər yaratmırlar, çalışırlar ki, məhsullar ölkə ərazisinə gecikdirilmədən daxil olsun, həm sahibkarlar, həm də istehlakçılar keyfiyyətli məhsullardan razı qalsınlar. Çünki bu işin dövlətə də səmərə verəcəyi faktorunu anlayır və dəstəkləyirlər. Lakin söhbət AQTA-ya çatanda artıq problemlər-problemlərin dalınca növbəyə düzülürlər. Nəticədə arzuolunmaz hallar yaşanmağa başlayır. Məhsullar anbarlarda saxlanılır, onların keyfiyyətləri düşdükdən sonra isə satışa çıxarılır, üstəlik sahibkarlar günahlandırılır, min-bir əziyyətlərə məruz qalırlar. Hər halda, bu faktor diqqətə alınmalı və sonradan bənzər vəziyyətlərin yaşadılmaması üçün ciddi addımların atılmalıdır.
Analoq.az 

Tarix: 28-09-2021, 12:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}