Üzüyuxarı gedən qiymətlərin izi ilə - Bahalaşma “yorulmaq” bilmir
Deputat: “Meyvə-tərəvəz məhsulları birinci əldən təklif olunan qiymətdən üç dəfə baha qiymətə yerində təklif olunur”
Sahibkar: “Hər şeyi sahibkarın üzərinə atmaq olmaz. Sahibkar nə etməlidir, xərcləri qarqarşılamalı, işçini saxlamalı deyil?!”
Son dövrlər Azərbaycanda kəskin qiymət artımları müşahidə olunur. Bir çoxları bu bahalaşmanı ölkədə mövcud olan inhisarçılıq, bazar iştirakçılarının sui-istifadə halları ilə əlaqələndirsələr də, dünyada cərəyan edən iqtisadi proseslər, eləcə də ölkə daxilində yanacağın qiymətinin artması fonunda baş verdiyini iddia edənlər də var. Birincilərin qənətinə görə, qiymətlərdə olan artımlar xarici amillərlə bağlı olsaydı, o zaman yerli məhsulların qiymətlərində artım müşahidə edilməzdi. Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının da qiymətlərində ciddi artım var.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov AYNA-ya açıqlamasında deyib ki, qiymətlərdə bahalaşmanı şərtləndirən əsas amil ölkədə yerli istehsalın payının az, idxalın payının isə çox olması ilə bağlıdır: “Məlumdur ki, koronavirus pandemiyası dünya üzrə bir çox sahələrin fəaliyyətinə mənfi təsir göstərib. Əksər sektorlar pandemiya nəticəsində uzun müddət fəaliyyətsiz qalıb. Onların büdcəsinə böyük ziyan dəyib, hətta müflis olmaq həddinə yaxınlaşanlar da var. Hesab edirəm ki, dünya bazarında qeydə alınan bahalaşma əsasən bu amillə bağlıdır. Azərbaycan bazarına çıxarılan məhsulların əksəriyyəti isə xaricdən idxal olunur. Bu səbəbdən son dövrlər həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının qiymətlərində artımlar müşahidə edirik”.
“Digər səbəb isə psixoloji faktorlarla bağlıdır. Hazırda dünyada iqtisadi sabitlik olmadığına görə, beynəlxalq istehsalçılar məhsullarını baha qiymətə bazara təklif edirlər. Onlar yenidən karantin qaydalarının sərtləşəcəyini ehtimal edirlər və bu səbəbdən hazırkı şəraiti özləri üçün fürsət bilirlər. Eyni zamanda dünyada müxtəlif təmayüllərin baş qaldırması, koronavirus və bu kimi gözlənilməz halların meydana çıxması da psixoloji inamsızlıq yaradıb. Bunun fonunda istehsalçılar özlərini sığortalamağa çalışır. Təbii ki, baş verən hər bir böhran ilk növbədə istehlakçılara zərbə vurur. İnsanlar gəlirlərinin azalmasına baxmayaraq, əvvəlkindən daha artıq vəsaiti ərzaq və qeyri-ərzaq məhsullarının alınmasına sərf edirlər”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, yanacağın qiymət artımı fonunda bahalaşma təbiidir: “Lakin bir çox hallarda biz sui-istifadə hallarını da müşahidə edirik. Təəssüf ki, əksər hallarda qiymətlər məhsulun maya dəyərindəki yanacağın qiymətindəki paya adekvat olmur. Bəzi işbazlar isə bunun yaratdığı psixoloji təsirlərindən istifadə edib, daha çox gəlir əldə etmək üçün qiymətləri süni şəkildə qaldırırlar. Bahalaşma təkcə idxal deyil, həm də yerli məhsullar bazarında hiss olunur. Kənd təsərrrüfatı məhsullarının qiymətlərində olan kəskin artım bunun bariz nümunəsidir. Sözsüz ki, belə bir vəziyyət arzuolunan deyil. Müvafiq qurumlar məsələyə müdaxilə etməli, süni qiymət artımlarının qarşısını almalıdır”.
“Əsas çıxış yolu qiymətləri optimallaşdırmaqdan keçir. Məhsulların birinci əldən bazara çıxışı təmin edilməlidir. Bununla yanaşı rəqabət mühitini artırmaq və müəyyən stimullaşdırıcı addımlar da atılmalıdır. Misal üçün, meyvə-tərəvəz məhsulları birinci əldən təklif olunan qiymətdən üç dəfə baha qiymətə yerində təklif olunur. Yaxşı olardı ki, müxtəlif ərazilərdə kənd təsərrüfatı yarmarkalar təşkil olunsun. Bununla bağlı ortada təcrübə var. Həmin yarmarkalarda çalışan sahibkarlara güzəştli şərait yaradılsın. Belə olarsa, biz qiymətlərdə azalmanı müşahidə edərik. Nəticədə süni qiymət artıran işbazlar məcbur qalaraq bazara uyğunlaşmaq məcburiyyətində qalacaqlar”, - deyə Bayramov fikrini yekunlaşdırıb.
Sahibkar və loqistika eksperti Şaiq Qəribzadə AYNA-ya deyib ki, hər şeyi sahibkarların üzərinə yıxmaq olmaz: “Sahibkar nə etməlidir, xərcləri qarşılamalı, işçini saxlamalı deyil?! Öz çalışdığım sahədən danışmaq istəyirəm. Hazırda məhsulların çatdırılması, kuryer xidmətləri ilə məşğul oluruq. Ölkə daxilində çatdırılma xidmətləri üzrə bizdə də qiymət artımları gözlənilir. Çünki yanacağın qiyməti artıb və qarşıdakı dövrlərdə yenidən artacağı gözlənilir. Bizim kuryerlər isə daha çox şəxsi və ictimai nəqliyyatdan istifadə edirlər. Nəticədə məhsulun çatdırılma xərcləri artır. Biz də qiymətləri artırmaq məcburiyyətində qalırıq. Xarici daşınmalarda isə qiymət artımları gözlənilmir”.
“Loqistika baxımından qiymətlərin artırılmasının isə heç bir əsası yoxdur. Çünki bu gün bazarda çox böyük rəqabət hökm sürür və qiymət siyasətini tənzimləmək elə də asan deyil. Belə hallarda müştəriləri itirmək riski yaranır. Lakin bununla yanaşı, koronavirus pandemiyası ilə əlaqədar bütün sahələrdə durğunluq yaşanır. Bu da öz növbəsində satışa bilavasitə təsir göstərir. Faktiki olaraq ölkələr arası sərhədlərdə məhdudiyyətlər var, təyyarələr az uçur, anoloji vəziyyət digər nəqliyyat vasitələrində də müşahidə olunur. Bütün bunlar gələcəkdə bizim sahədə də qiymət artımlarına yol aça bilər. Ancaq mövcud şəraitdə biz əvvəlki qiymətlərlə fəaliyyət göstərməyə çalışırıq. Buna nə qədər nail olacağıq, bunu zaman göstərəcək”, - deyə ekspert söyləyib.
Əlavə edib ki, son günlər qeydə alınan qiymət artımları əsasən obyektiv amillərlə bağlıdır: “Azərbaycan hökuməti benzinin və digər yanacaq məhsullarının qiymət artımını yerli istehsalın olmaması ilə əlaqələndirir. Baxmayaraq ki, o sahənin eksperti deyiləm, bir sahibkar kimi mənə də maraqlıdır, doğrudan da belədirsə, niyə yanacaq məhsullarını ölkə daxilində istehsal etmirik?! Düzdür, bəzi işbazların bundan sui-istifadə etməsi, psixoloji faktorlar da bu məsələdə rol oynayır, amma əsas problem sahibkarların xərclərinin artması ilə bağlıdır. Bizim şirkət daşınmaları əsasən üç yolla həyata keçirir. Bunlardan biri avtomobil, digərləri isə moped və ictimai nəqliyyatdır. Əgər yanacağın və ictimai nəqliyyatın qiymətləri artırsa, biz də məcburuq ki, qiymət siyasətinə yenidən baxaq”.
“Son beş ildə ictimai nəqliyyatda qiymətlər artıb. Lakin biz qiymətləri olduğu kimi saxlamışıq. Bunu nə zamana qədər edə bilərik? Təbii ki, məhsul və ya xidmətin maya dəyərini artıran qərarlar verilirsə, sahibkar da məcbur qalacaq ki, qiymətləri artırsın”, - deyə Qəribzadə fikrini tamamlayıb.
Tarix: 24-10-2021, 14:53
-
Bu gün, 08:04
Moldova üçün “Kreml layihəsi” işə düşdü - Qaçaq oliqarx çevriliş hazırlayır
-
Bu gün, 07:39
Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb
-
Bu gün, 07:36
"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ
-
Bu gün, 07:35
Qəfil Moskva görüşü və Putin-Əliyev anlaşması - Hamı Azərbaycanın nə verəcəyini gözləyirdi, amma...
-
Bu gün, 06:49
Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?
-
Dünən, 22:49
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Dünən, 22:47
“DAXİLDƏ İKİ ƏSAS PROBLEMİMİZ VAR...” – “Konstitusiyada dəyişikliklərə gedilməlidir, artıq dövr bu islahatları tələb edir”
-
Dünən, 22:46
Xərəkdə qəbul edib ayaqda yola salan fizioterapiya şöbəsi- Bərdə səhiyyəsinə sağ ol deməkdən başqa...
-
Dünən, 22:46
Əmlak şirkəti “Veysəloğlu” barədə məhkəmə iddiası qaldırıb - TƏFƏRRÜAT
-
Dünən, 22:46
Deputat Kamaləddin Qafarovun MİLYONLUQ şirkəti CƏRİMƏLƏNDİ - SƏBƏB
-
Dünən, 22:46
"Veysəloğlu-yaycılı qardaşlar"a yenə cərimə yazıldı
-
Dünən, 22:42
İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT
-
Dünən, 22:41
Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib?.. - İLGİNC İDDİALAR...
-
Dünən, 22:40
Məmura məxsus avtobuslarda bərbad vəziyyət: interval uzun, qapılar açıq, sürücülər telefonla danışır... - VİDEO
-
Dünən, 22:37
İcra başçısı şəhid ailəsinə pislik etdi
-
Dünən, 22:35
Cəbrayılda 14.5 milyon manata qeyri-yaşayış obyektləri tikiləcək
-
Dünən, 22:34
Ümid edək ki, ABŞ, Avropa İttifaqı, Fransa və İran kimi dövlətlər də... - ŞƏRH
-
Dünən, 22:32
Siyavuş Novruzov Əli Kərimlini debata çağırdı: Gəlsin, ona başa salaq... - VİDEO
-
Dünən, 22:09
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Dünən, 22:07
NATO Polşada nüvə qüvvələri yerləşdirir? – Stoltenberq açıqladı
-
Dünən, 22:02
ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi
-
Dünən, 18:28
Narkotik artıq məktəblərə yol tapıb — Siyavuş Novruzov
-
Dünən, 18:22
Rusiya Xarkov sakinlərini qaçmağa məcbur etməyə çalışır - HESABAT
-
Dünən, 18:17
3 ay ərzində Azərbaycana quru yolla 159 min insan daxil olub - YƏNİ GEDİŞ-GƏLİŞ VAR...
-
Dünən, 18:16
Tramp Ukraynanı "Rusiyanın bir hissəsi" adlandırdı - "The Wall Street"
-
Dünən, 18:12
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi
-
Dünən, 18:11
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
Dünən, 18:07
20 ildir buralara 20 santimetr də olsun asfalt tökülməyib... - Saleh müəllimin NƏZƏRİNƏ...
-
Dünən, 18:05
Bərdədə 45 yaşlı kişi 23 yaşlı qızı qaçırdı - TƏFƏRRÜAT
-
Dünən, 18:03
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib - FOTO
{sape_links}{sape_article}