Təyyarə biletləri yenidən BAHALAŞIB

Təyyarə biletləri yenidən BAHALAŞIB

 
Xarici ölkələrə təyyarə biletlərində yenidən bahalaşma qeydə alınıb.
Hurriyyet.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin dekabrında MDB ölkələrinə təyyarə biletinin orta qiyməti 1 035 manata, digər xarici ölkələrə uçuşun orta qiyməti 696 manata yüksəlib.
Təyyarə biletlərinin qiymətində dekabra qədər 3 ay ardıcıl enmə müşahidə edilmişdi. Azalma nəticəsində MDB ölkələrinə uçuş qiyməti 1 279 manatdan 898 manata, digər xarici ölkələrə uçuş qiyməti 756 manatdan 632 manata düşmüşdü.
Dekabrda MDB ölkələrinə bir uçuşun orta qiyməti 137 manat və ya 15,2 faiz, digər xarici ölkələrə bir uçuşun qiyməti isə orta hesabla 64 manat, yaxud 9,2 faiz artıb.
Tarix: 26-01-2022, 23:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}