Meyvə-tərəvəz niyə bahadır? - "Məmurlar kəndliləri sıradan çıxarıb"



Meyvə-tərəvəz niyə bahadır? -
“Bazarda inhisarçılıq var, topdansatış mərkəzləşdirilib. Digər tərəfdən, istehsal da məmurların əlinə keçib, artıq özləri böyük aqroparklar yaradıb, orda meyvə-tərəvəz istehsal edirlər”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında kənd təsərüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov Azərbaycanda meyvə-tərəvəzin bahalığının səbəbləri barədə danışarkən deyib.

O bildirib ki, ölkədə istehsal da, bazar da, ixrac da monopoliyadadır:

"Yəni, öz işləri ilə məşğul olmalı olan dövlət məmurları bizə daha baha məhsul təklif etməklə məşğuldurlar.

Əsas bu gün meyvə-tərəvəzin qiymətinin baha olması bununla bağlıdır. Kəndlilər, demək olar ki, məşğul ola bilmirlər. Ona görə ki, kəndliləri sıradan çıxarıblar”.

Ekspert ümumi ölkə bazarının rəqabət xüsusiyyətinə toxunaraq, bunları əlavə edib:

“Azərbaycanda heç zaman rəqabət mühiti olmayıb, hökumət heç vaxt bunun yaranmasına çalışmayıb. Kənd təsərüfatı sahəsində də rəqabət mühiti yoxdur. Ölkədə monopoliya var və belə olduğu üçün də qiymətlər diktə edilir.

Əvvəllər, heç olmasa, kəndlilər istehsal elədikləri məshulu özləri Bakı, Sumqayıt şəhərlərinə çıxara bilirdilər. Onlar şəhərin müəyyən yerlərində əhaliyə nisbətən ucuz meyvə-tərəvəz təklif edə bilirdilər. Bütün bunlar sıradan çıxarılıb. İndi bu işlərlə böyük şirkətlər məşğul olur. O şirkətlər ki, onlar yüksək vəzifəli məmurlara məxsusdur.”
Tarix: 24-06-2022, 23:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}