Aparacaqmı tenderlər SARANI?.. - İTTİHAM VAR!
Söhbət hazırda Səhiyyə Nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktoru vəzifəsində çalışan Sara Həsənovadan gedir.
Sara Həsənova 1-ci dəfə, yəni o zamankı səhiyyə naziri Əli İnsanovun zamanında Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru olub.
Sonradan 2-ci dəfə Oqtay Şirəliyevin zamanında daha böyük vəzifəyə, yəni Respublika Sanitar-Karantin Müfəttişliyinin ( SKM ) rəisi vəzifəsinə təyin olunub.
Təsəvvür edirsiniz Əli İnsanov dövrünün Sarası bir gecənin içində dönüb oldu Oqtay Şirəliyev dövrünün Sarası.
Qadında fərasətə bax ee…
Yəni Sara Həsənova qısa vaxtda rayon ( Səbail ) səviyyəsindən respublika səviyyəsinə keçə bildi.
Hətta sonra Saranın vəzifəsi daha da böyüdü və Səhiyyə Nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktoru vəzifəsinə təyin olundu.
Bu gün Sara Həsənova yeni səhiyyə naziri Teymur Musayevin tabeçiliyi altında çalışır.
Çalışır deyiləndə…gəlin görək Sara xanım işlədiyi yerlərdə necə çalışıb.
Sara Həsənova əvvəlcə Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışanda rayondakı bütün aidiyyatı obyektləri qanunsuz ödənişə məcbur edirdi, tabe olmayanları isə...VAHİMƏLİ bir şəxslə hədələyərdi.
Sonradan Sara Həsənova respublikada SKM rəisi olarkən 3 ayda respublika ərazisinə məhsul gətirən sahibkarlara 4006 ədəd gigiyenik sertifikat verib və hərəsindən nə isə alıb.
Təsəvvür edirsiniz hər aya təxminən 1335, hər günə 44 sertifikat...İndi bazar, şənbə və bayram günlərini çıxın və...
Görün Sara Həsənova 1 gündə nə qədər sertifikat paylayıb. Bu, ümumiyyətlə, fiziki cəhətdən mümkün deyil. Çünki hər məhsul laboratoriyada analizdən keçməli, keyfiyyəti bəlli olmalı və s.
Deməli, Sara Həsənova sadəcə sertifikatları verib və sahibkarların gömrükdən keçməsinə yaşıl işıq yandırıb. Və bunun nəticəsidir ki, ölkəmizə keyfiyyətsiz qidalar, vaxtı keçmiş un məhsulları, hətta Saranın sayəsində Çindən sintetik-kimyəvi düyülər gətirilib. Sonra da deyirik ki, ölkədə bu qədər xəstə olar...
Sara Həsənova təkcə sertifikat verməklə məşğul olmayıb.
Sara Həsənova SKM-ə rəis təyin olunan kimi mühasibləri, təsərrüfat müdirini və digər vəzifəli şəxsləri dəyişib. Və 300-400 manat maaş alan işçilərə 3000-4000 manat, hətta katibəsinə 2500 manat mükafat yazıb.
Sonra Sara Həsənova Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru oldu.
Məlumat üçün qeyd edək ki, Sara Həsənova təkcə təmizlik-gigiyena işlərinə baxmır e,
ictimai-iaşə obyektlərinə, ölkəyə gətirilən mineral sulara, hətta tikinti-inşaat sahəsinə də nəzarət edir.
Bəli, tikinti-inşaat…
Yəqin ki, 2015-ci ildə Binəqədi rayonu Azadlıq prospektində yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən və 15 nəfərin ölümü ilə nəticələnən yanğın çoxlarının yadındadır. Həmin faciədən sonra Bakıda tikintidə geniş istifadə edilən poliuretan örtüklər qadağan edildi. Və binaların çoxundan yığışdırıldı.
Həmin poliuretan örtüklərin Azərbaycanda tikintidə istifadəsinə kim icazə vermişdi ?
Əlbəttə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin o zamankı direktoru həmin inşaat materialına keyfiyyət sertifikatı vermişdi. Yəni bu sahə çox geniş sferaları əhatə edir.
Sara Həsənova GEM-in hesabına milyonlar qazanıb, övladını Avropada ən bahalı universitetdə oxutdurur, Avropada mülkləri, villaları, bahalı avtomobilləri və s.
Sara Həsənovanın ən həssas yeri isə...
Hətta deyilənə görə, yeni nazir əvəzi Teymur Musayev bu barədə ona xəbərdarlıq da edib.
Sara Həsənovaın GEM adı altında keçirdiyi bahalı tenderlərin siyahısını burada dərc etsək oxucunun onu axıradək oxumağa hövsələsi çatmaz.
Təkcə onu qeyd edək ki, Sara Həsənova Dəftərxana və təsərrüfat xərcləri üçün 150 min 347 manat 85 qəpik, avtomobil sürtkü materialları üçün 51 887.55 manat, avtomobil üçün ehtiyyat hissələri almağa 140 min 515 manat 58 qəpik puı xərcləyib.
Ay Sara xanım, sən avtomobil hissələrinə bu qədər pul xərcləmisənsə, niyə GEM-in maşınlarının təkərləri “keçəl”dir ?
Təkərlər “keçəl” olduğu üçün dəfələrlə GEM-in sürücüləri qəza vəziyyətinə düşüb.
Qaraj müdiri Yaşar müəllim buna etiraz etdiyi üçün dəfələrlə Sara xanım onu kabinetinə çağırıb danlayıb, işdən çıxmasını tələb edib. Axırda yazıq Yaşar müəllimin kabinetində ürəyi partlayaraq ölüb.
İndi isə Prezidentin sabiq köməkçisi Əli Həsənovun yaxın qohumu olan Sara Həsənovanın bir ildə rayonlara ayırdığı pulun məbləğinə nəzər salaq - 7 MİLYON 409 MİN 814 MANAT 98 QƏPİK.
Mərkəzi Aparat üçün isə 2 MİLYON 610 MİN 220 MANAT 94 QƏPİK.
İndi gördünüzmü Sara Həsənova təkcə mərkəzi aparata ildə 2-3 milyon pul xərcləyir. Vallah heç ABŞ-ın Gigiyena Mərkəzi bu qədər pulu israf etmir.
Bəs görəsən, Səhiyyə Nazirliyi, yaxud Hesablama Palatası, Korrupsiyaya qarşı Mübarizə İdarəsi nə üçün Sara Həsənovadan hesabat tələb etmir..? //gundelik-baku.com//
Tarix: 4-08-2022, 08:45
-
Bu gün, 10:16
Fransada hökumət sakinlərə qıtlıq barədə xəbərdarlıq etdi: Qışa indidən hazırlaşın
-
Bu gün, 10:01
Qarpız və yemişi çox yemək hansı təhlükələrə yol açır...
-
Bu gün, 09:26
Xerson vilayətində Rusiyanın üç baza və anbarı vurulub
-
Bu gün, 09:06
Kissincer: “ABŞ Rusiya və Çinlə müharibə astanasındadır”
-
Bu gün, 08:20
Çin Rusiyanın taleyi barədə ABŞ-la razılaşdı – “Bonus Rusiyanın hesabından olacaq”
-
Bu gün, 08:17
"Qurani-Kərim"də adı çəkilən 7 meyvənin sırasında onun da adı var...
-
Bu gün, 00:01
Şəhid ailələri etiraz aksiyası keçirib - VİDEO
-
Dünən, 23:14
Ukrayna SQ Baş qərargahı ELAN ETDİ: Xarkov yaxınlığında...
-
Dünən, 22:53
ABŞ-ın UKRAYNAYA VERDİYİ FANTASTIK RAKET – Rusiya komandanlığı çaşqınlıq və təşviş içərisindədir
-
Dünən, 22:52
Merkelin təklifinə sərt reaksiya - “Hələ də cəsarətiniz çatmır ki...”
-
Dünən, 22:47
Şeyx Əbdül: “Mobil danışıqların bir dəqiqəsi 20 manat olsun”
-
Dünən, 22:25
“URALA QƏDƏR DİRİ HEÇ NƏ QALMAZ!" – Rusiyanın hədələrinə ŞOK CAVAB
-
Dünən, 22:16
Bölgədə gərginlik pik həddə - ABŞ və Çin liderləri görüş qərarı verdi
-
Dünən, 22:11
Xocalının kəndini tərk edən ermənilər meşəyə od vurdular - VİDEO
-
Dünən, 22:07
HADRUTDA BƏDBƏXT HADİSƏ… - “Voltaj” Elektrik Quraşdırma şirkətinin işçisi külə döndü…
-
Dünən, 22:02
Fitnə-fəsad qazanının horrası – İranın ölkəmizə qarşı hoqqaları davam edir
-
Dünən, 21:49
Sabiq nazir müavinin biznesmen oğlu iki şirkətin təsisçiliyindən çıxarıldı - FOTOFAKT
-
Dünən, 14:31
Səhiyyə Nazirliyinin 6 milyonluq tenderini bu şirkət uddu - Vergi borcu var
-
Dünən, 13:18
Deputat oğlunun biznes maxinasiyaları - Ortada “kristal” kimi faktlar var...
-
Dünən, 12:54
Estoniya Şengen vizası olan Rusiya vətəndaşlarına sərhədləri bağlayır
-
Dünən, 10:35
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin eks-direktoru Qarabağda oğluna toy edir
-
Dünən, 10:34
Kolerovun ermənilərə şok cavabı: Laçın boşdur, İrəvan isə…
-
Dünən, 10:16
Şirvanda oğru dəstə saxlanıldı - FOTOLAR
-
Dünən, 08:31
Bölgələrdə vətəndaşlarla görüşlər keçirilir, problemləri yerindəcə dinlənilir — FOTOLAR
-
Dünən, 08:22
Zaparojye AES barədə ABŞ-dan açıqlama
-
Dünən, 08:04
Ağsaqqalar Şurasının sədr müavini qazinin mülkünü əlindən alır – VİDEO
-
Dünən, 07:54
“Saki aerodromunda Rusiyanın qanadlı raketlərinin böyük anbarı yanıb” - Ekspert
-
Dünən, 07:50
Hərbi kadr çatışmazlığı və "HIMARS" qarşısında aciz S-400 - Rusiyanın gücü tükənir
-
Dünən, 07:42
“Siyavuş Novruzov: “Bahalaşmanın qarşısını almaq mümkün deyil”
-
12-08-2022, 23:45
“Nar” YayFest “Könüllülük” düşərgəsində iştirak etdi
{sape_links}{sape_article}